Noyabrın 29-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib.
Partiyadan Vizual.az-a verilən xəbərə görə, plenumda son parlament seçkilərinin nəticələri müzakirə olunub. Həmçinin AKP-nin XXXVIII(V) qurultayına hazırlıq vəziyyəti və Azərbaycan KP MK-nın 2016-cı il üçün iş planı geniş müzakirə mövzusu olub.
AKP MK-nın qarşıdan gələn il üçün iş planı əlavə təkliflər də nəzərə alınmaqla yekdilliklə təsdiq edilib. Plenumda AKP MK sədri Rauf Qurbanov geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında KPİ - Sov. İKP Mərkəzi Şurasının üzvülüyünə namizəd, AKP MK sədrinin müavini Fikrət Rəşidov, AKP Suraxanı Rayon Komitəsinin birinci katibi Əhmədağa Cavadov, AKP Xətai Rayon Komitəsinin katibi Firuddin Haşımov, AKP Nizami Rayon Komitəsinin birinci katibi Nizami Abbasov, KPİ- Sov. İKP Siyasi Şurasının üzvü, AKP Gəncə Şəhər Komitəsinin birinci katibi Əlövsət Veysov, AKP MK -nın Muğan zonası üzrə baş koordinatoru, AKP Sabirabad Rayon Komitəsinin birinci katibi Nazim Ağayev, KPİ-Sov. İKP MNTK -nın üzvü, AKP MK MNTK -nın sədri Ələddin Bağırov, AKP Goranboy RK - nın birinci katibi Taleh Əsədov və digər yoldaşlar çıxış ediblər.
Tədbirin sonunda Azərbaycan KP MK sədri Rauf Qurbanov partiya işində fərqlənən yoldaşları faşizm üzərində qələbənin 70 illik münasibəti ilə RFKP MK-nin təsis etdiyi xatirə medalları ilə təltif edib. Bununla da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu öz işini yekunlaşdırıb.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE