Aktyorun döydüyü direktorla bağlı rəsmi - Açıqlama
Xəbər verdiyimiz kimi, bu gün aktyor Rza Rzayev Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona ağır bədən xəsarətləri yetirib.
Miq.Az xəbər verir ki, Təhsil Nazirliyi 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilən direktorla bağlı açıqlama yayıb.
"Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilib. Hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”,- deyə məlumatda bildirilir.
Miq.Az