Alim Qasımov oğlu haqda danışdı: "Dişi sınıb, gözü də zədələnib"

Alim Qasımov oğlu haqda danışdı:
Xalq artisti Alim Qasımov oğlu Qadir Qasımovun gözünün çıxarılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Sənətkar ölkə.az-ın əməkdaşı ilə söhbətində oğlunun xəsarət aldığını təsdiqləsə də, bunun başqa səbəbdən baş verdiyini söyləyib:

"Kim nə gəldi yazır. Orada nə dava olmayıb, nə də oğlumu vurmayıblar. Güzdəkdə evimiz var. Pilləkəndən düşəndə ayağı çay daşına ilişib, dişi sınıb, gözü də zədələnib. Amma heç bir davadan söhbət gedə bilməz. Sadəcə, kimsə çağırıb, Qadir də yuxulu olub. Ayağı ilişib yıxılıb".

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə bu barədə xəbər yayılmışdı. Bildirilirdi ki, A.Qasımovun qohumlarının iştirak etdiyi məclisdə dava düşüb. Qadir Qasımov qohumları sakitləşdirməyə çalışarkən özü də xəsarət alıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az