Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonda təşkil etdiyi konsertin ardınca onun bu işə biznes kimi yanaşması xəbəri gündəmə gəldikdən sonra mətbuatın diqqətini cəlb edən əsas mövzulardan birinə çevrilib.
İcra başçısının gündəlik işlərini kənara qoyub "Bu şəhərdə"yə konsert təşkil etməsi və bu üzdən yerli sakinləri belə qəbul etməməsi təəccüblə qarşılanmışdı. Məsələni ilk gündəmə gətirən deputat Etibar Hüseynovsa nədənsə sonradan susdu və ya susduruldu. Onun dedikləri ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətindən verilən açıqlama isə meydana yeni suallar gətirdi. Qeyd edək ki, bu açıqlama bir neçə saat sonra əksər saytlardan yığışdırıldı. Niyə? Bu suala cavab tapmaq üçün əvvəlcə İcra Hakimiyyətindən verilən açıqlamaya bir daha diqqət yetirək: İcra başçısının müavini Sona Əliyeva deyib ki, konsertə xərclənən vəsaitin Alimpaşa Məmmədova heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, heç də “Bu şəhərdə”nin konsertinin baş tutması üçün bilet satışı olmayıb: “Çünki “Bu şəhərdə"nin təşkilatçısı “Synergy Group” ASC konsertin dəvətnamə ilə təşkil olunmasını məsləhət görüb. Eyni zamanda, konsertdə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov iştirak edə bilməyib. Ona görə də martın 16-da rayonun “Bayraq meydanı”nda əhali üçün pulsuz ikinci konsert buraxılışı keçiriləcək. İcra başçısı Alimpaşa müəllim bugünkü konsert buraxılışında iştirak edəcək. Şəmkirdə “Bu şəhərdə”nin konsertinin baş sponsoru və bütün təşkilatı məsələlər “Synergy Group” ASC-yə aiddir. Bu konsertə icra başçısı heç bir vəsait xərcləməyib".