"Məhərrəm Quliyevi ləkələmək istəyənlər: tənqid kişi işidir"
Fələk çarxı oxdan çıxarıb nə düzünə, nə tərsinə, lap əməllicə çəpinə fırladır. Özü də dizinin üstündə...
Bir zamanlar "düz" və "tərs" tərəf olanlar indi qənşərdə yanbayan durub fələyin mələtdiyi "çəp" tərəfə baxır. Söhbət Azərbaycan jurnalistikasının rekertlərindən gedir. Yəni bir zamanlar bir miqdar məbləğə ram edilib böhtanlarla gündəm dəyişənləri deyirəm. İndi özləri gündəm olublar. "Alma məzlumun ahını çıxar ahəstə ahəstə",- misalı. Bu arada yuxarıda jurnalistikanı "çəp" işarəsi ilə qeyd etmişəm. Yalnış anlamayın İran futbolunda "çəp" yarımmüdafiyəçilərə deyirlər. Sağdan, soldan, ortadan çəpinə - yəni sadalanan mövqelərdə yarım müdafiəni təşkil edib hücumla müdafiəni əlaqələndirmək vəzifəsini icra edirlər. Jurnalistika kimi: iddiaçı ilə cavabdehi, iqtidarla müxalifəti, məmur ilə vətəndaşı və s. Ortada olma və obyektivliyi qərəzsizliyi təcəssüm etdirmək. Amma bəzi adını jurnalist qoyanların fəaliyyətinə fənər közərdib nəzər salsaq görərik ki, məhz həmin "çəp" sözü İran futbolundakı termin kimi yox, elə öz lekskonumuzdakı çəp çəpinə yox dikinə olaraq şner kimi əyinlərinə oturur.
Media üçün çox da nabələd deyiləm. Az da xidmətim yoxdur. Məsələn, mən deyəndəki: "Torpaqlar azad olunacaq" - məni söyüb mız qoyanları sayıb qurtara bilmirdim. İndi birini tapa bilmirəm... Xülasə, keçək mətləbə - rekert jurnalistciklərə və onların paytaxt və digər böyük şəhərlərdən başqa bölgə rayonlarında oynadığı oyunlara, çıxardığı hoqqabazlıqlara...
Rayonlardan birinin Heydər Əliyev Mərkəzində direktor işləyən dostum "Elgün, sənə bir möcüzə deyim, festifalla bağlı Goranboydaydım. İcra başçısını gözümlə gördüm, adam bazara gəlib evi üçün lazım olan meyvə tərəvəz alıb sonra da camaatla söhbət edirdi",- dedi. Güldüm və "Rəhmətliyin oğlu sənə neçə dəfə deyirdim: "Hikmət Hacıyev xarici işlər nazirliyinə ictimayi nəqliyyatla gəlirdi". İndi bu kişilərin zamanıdır, biz inkişaf edirik", - cavabını verdim. Sadə, dürüst və bu dövləti sevən insanlar üçün şəffaf xidmət edən məmurlar tacıdır. Ancaq rekertlər üçün heç bir fərqi yoxdur. Hamısı nəsə "qoparmağa" çalışır. Özü də kimliyindən aslı olmayaraq nə yolla olur olsun qoparmaq istəyirlər.
Deməli, uzun müddətdir ki, sosial şəbəkə platformalarının doğma (sözə bax ey mən ölüm) seqmetini - burada Goranboy rayonu ilə bağlı dərc edilən yazılı və video materialları izləyirəm... İzləməyinə dəə... Amma həqiqət yükü görə bilmirəm. Həqiqət əvəzinə pul tamahı, böhtan, bir də kimlərinsə şəxsi qərəzi həmin kolluğa bənzər materiallarda başın gizlətsə də quyruğu el yolunda qalır. Hədəf nə rayon, nə sakinlərin rifahı, nə də Dövlətimizin inkişafıdır. Məhərrəm Quliyevi ləkələmək lazımdır vəssalam...
Niyə?
Niyəsi bəsitdir: "Bal tutan barmaq yalayır", - deyirlər. Alan verməlidir. Alan haa... Ancaq almayan isə şəxsi vəsaitini kiməsə vermək məcburiyyətində deyil. Qəyyumluq subyektini çıxmaq şərti ilə... Məhz elə buna görə də əvvəllər "ətəyi uzun, əli boş" gələnlər "əli ətəyi dolu" qayıdırdısa indi rekertlərin gəliş tərzi dönüşlə müqayisə olunanda Bumeranq effekti görürük. Bu da "əla həzrətlərin" şiddətli qəzəbinə səbəb olur və düşürlər Goranboy küçələrinə bu nədir zibillik, bu nədir rüşvət aldığına görə işdən atılan kiçik məmurların kin qusağı və s. "Qonaq" rayon gəzir, ev sahibi başçı Məhərrəm Quliyev isə xidməti avtomobili ilə Şəhid və qazı ailələrinin ünvanını qapı-qapı dolaşır. Ritorikası olmayan və ata-anası məntiq olan sual yaranır: Məgər bu rayonda təkcə çəkməli şey keçmişi ləkəli olan məmurcuqlar və sakinlərin qabın kənarına tulladığı pamperslərdir mi? Mənə qalsa oxucum üçün "yox" , - deyib , barmaqla sanamağa başlayaram:
1. Pandemiya dövrü regional müalicə mərkəzi burada idi.
2. Burada yeni tipli idman qurğuları inşa edilib.
3. Goranboyda yüzlərlə Xocalı sakininə ev sahibliyi edir
4. Burada kifayət qədər igid döyüşçü, qazilər və Şəhid ailələri var.
Dördün sadaladım. Qatlamadığım cəmi bir barmağım qalıb o da qatlanmağı sevməyən baş barmağımdır. Bir "nəysə" deyib gedək...
Məhərrəm Quliyev Faxralıda 3 km. məsafəni şəhid cənazəsi ilə xalqın içində qət elədi. Xalqın içində olduğunu, sadə vətəndaşdan heç bir fərqi olmadığını xalqa nümayiş etdirdi. Hansı ki, əvvəllər Goranboy rayon icra hakimiyyəti sovet ölkələrındəki məxfi hərbi hissələri başçısı isə həmin hissənin döyüş bayrağını xatırladırdı. Qəti yaxın durmaq olmaz...
Olmazları Məhərrəm Quliyev qütbdə qlobal istiləşmənin əritdiyi buz dağı kimi əritdi. Qapılar sakinlərin üzünə taybatay açıldı. Qəbul rəsmi iş otağından başqa küçələrdə də baş tutdu, asfalt örtüyü sərildi küçələr abadlaşdı.
Bəs nə qalıb?
Rayon ola iş olmaya - O qədər şey qalıb ki, sadəcə kömək edib dəstək olmaq lazımdır. Lap tənqid də edək. Amma tənqidlə böhranı qarışıq salmayaq. Tənqid kişi işidir. Böhtan isə iraq üzdən. Buna da bir "nəysə" deyib ötürək.
O ki qaldı pula... Pul Ağcakənddə, yemək masasında "300 verin silək", "Aylıq görüşsün dayanaq"la qazanılmır. Pul halal zəhmətlə qazanılır. Yuxarıda dırnaqda qeyd olunan ifadə isə rekertliyin ən ağır formasının əlamətidir. Başlığı rekert jurnalistikası olan yazını ustad yazarın sözü ilə bitirirəm: "Bununla təkcə jurnalistika yox, həm də hüquq mühafizə orqanları mübarizə aparmalıdır".
Elgün Gəncimsoy