Alman oyunu: Breksit Merkelin nüfuzunu artırdı

Alman oyunu: Breksit Merkelin nüfuzunu artırdı
Breksit Almaniya kansleri Angela Merkelin reytinqinə təsir edib. 
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı ARD televiziyası yayıb. Televiziyanın sorğusuna əsasən, hazırda Merkelin dəstəkçilərinin sayı 50%-dən 59%-ə qalxıb. Üstəlik, 52% alman ölkənin Avropa Birliyində qalmasının Berlinə sərf etdiyini bildirib. Breksitə qədər bu göstərici 39% hesab edilirdi. 
 
Almaniya siyasi xadimləri arasında da reytinq göstəricisinə görə böyük fərq yaranmayıb. Hazırda almanlar arasında ən nüfuzlu siyasətçi Xarici İşlər naziri Frank-Valter Ştaynmayer hesab edilir. Almanların 74%-i Ştaynmayerə rəğbət bəsləyir. Sonrakı yeri 64% səslə Maliyyə naziri Volfanq Şoyble və Angela Merkel tutur. 


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az