Almaniya NATO təlimlərini vurdu

Almaniya NATO təlimlərini vurdu
Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer NATO-nun Şərqi Avropadakı hərbi təlimini tənqid edib.
 
Axar.az xəbər verir ki, onun bu tənqidi "Bild am Sontaq” qəzetində yer alıb. Ştaynmayer Rusiya ilə aktiv dialoqun başlanmasının gərəkdiyini bildirib:
 
"Şərq sərhədlərimizdə simvolik tank paradı keçirməklə alyansın təhlükəsizliyini təmin edəcəyini düşünənlər çox yanılırlar. Biz keçmiş konfliktlərin yenilənməsinə imkan verməməliyik”.
 
Qeyd edək ki, NATO iyun ayında Şərqi Avropada iki hərbi təlim keçirib. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az