Almaniya və Fransadan İranla bağlı çağırış

Almaniya və Fransadan İranla bağlı çağırış
Fransa və Almaniya öz vətəndaşlarına İranda qalmamağı məsləhət görüb.

Axar.az xəbər verir ki, müraciətdə İranın İsrailə aprelin 13-dən 14-nə keçən gecə hücum etməsindən sonra hərbi eskalasiya təhlükəsini nəzərə alaraq, vətəndaşlarına İranı tərk etmələri tövsiyə edilib.

Eyni zamanda ölkə daxilində insanların kütləvi toplaşdığı məkanlardan uzaq olmaq çağırışı da edilib.

"İran, Livan, İsrail və Fələstin ərazilərinə səfərdən qəti şəkildə çəkinmələri tövsiyə olunur”, - müraciətdə bildirilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az