Almaniyada Konfirmand olmaq nədir?

Almaniyada Konfirmand olmaq nədir?

Şəfəq Azər

Azərbaycanda dinə baxış, dini dünya görüş hələ də irəliləməyib. İnsanlar 20-30 il bundan əvvəlki kimi düşünür. Sovet ölkəsinin robotlaşmış insanları bizi arxasınca sürüyüb aparır və çox az bir qism Sovet maşınının kəsdiyi qəlibi qırıb, öz fikir və düşüncə tərzini dəyişib. O insaların çoxu da bizlərə örnək olmaq üçün irəliyə çıxma fürsəti tapa bilmir. İllər öncə bir pioner kimi həyata baxışlarım başqa cür  idi. Sonra Bir Yaradanın olduğuna inandım, onun Ucalığını dərk etdim, və bu gün Allahıma çox şükürlər olsun ki, özümü rahat hiss edirəm. Dininə sahib çıxmayanlara da bunu arzulayıram.

Mən hələ uşaq  ikən eşitmişdim ki, Atamın ana babası Kərbəlaya getdiyi üçün, dinin yasaqlandığı  o vaxtkı Sovet Azərbaycanında ona, İslam dininə İbadət etdiyi üçün, 8 il həbs cəzası verilbmişi. Dini etiqadına görə bir insana edilən haqsızlıq  dünyanın hər tərəfində pislənilir. Amma mən dinimə sahibləndikdən sonra o insanın etiqadına, o insanın məğrurluğuna  heyranlığımı çox qururla dilə gətirir, onunla fəxr edirəm!!! Dinin təbliği qadağan olunmuş hər kəs Kommunızım ideyalarına əsasən yetişməli, əsil Sovet insanı olmalı idi. Mənim doğmalarımın danışdığına görə xüsusi hazırlanmış rus, erməni,  qeyri müsəlman millətlərdən olan müəllimlər onlara dərs demək üçün rayon və kəndlərə göndərilirdi. Bizim  yerli  müəllimlər isə and içmiş əsl Sovet müəllimləri kimi işə başlasalarda hər an gizli xidmətə tutulmuş insanlar tərəfindən izlənilirdi. Onlar da işlərinin öhtəsindən “Şərəflə” gəldikləri üçün mükafat və fəxri adlarla təltif olunurdular. Az qala öz millətimizin qanını içməyə hazır idilər... onlar əsl Kommunist müəllimləri idilər. Bax beləcə həm öz dinlərindən həm də ideyalarından uzaqlaşdırılan insanlar, bu günkü günümüzün dinsizləridir və onların yetişdirdiyi   dinsizlər ideyasızlar “ordusudur”. 

Sovet ölkəsinin bütün dinləri o cümlədən,  İslam dinini Azərbayanda yasaqlaması,  onsuz da din bilgisi az olan amma Yaradana onun möcüzəli sirlərinə həsrət insanları, daşa ağaca dədə babalardan qalmış bütpərəstlik əlamətlərinə sarılmağa məcbur edirdi. Bu insanlar  mənəvi, İlahi güvvədən məhrum  və ac  idilər... o insanlar ki, İslam dinində Bütpərəstliyin qadağasından xəbərsiz  idilər ... o insanlarki  Sənə Şah damarından yaxınam deyən Allhdan uzaq  idilər. Amma onlar Allahı onun möcüzələrini yalvarıb yaxarmaqda deyil,  ibadətdə deyil, evinin içində oturub Allahdan diləməkdə deyil, hansısa falçıda, fırıldaqçıda  nə bilim daşa qayaya hansısa seyidin qəbrinə  qurban kəsməkdə görürdülər. Yazıq  millətim aliliyə inkşafa getməkdənsə geriyə Bütpərəsliyə,  atəşpərəstliyə   özləri də bilmədikləri cahil bir quruplaşmağa, ibtidai icma qurluşuna qayıtdılar. Bu gün bu qism insanlar bunu dinlə bağlayır  və hər hansı bir  fırıldaqçının toruna tez düşür. Bütün bu kimi öz başnalığın qarşısını almağın ən gözəl üsulu dini dərslərə ölkə daxilində böyük yer verilməsinin labüd olduğunu görürəm. Bütün dünyada inkşaf etmiş ölkələr daxil din dərsləri keçilir, uşaqlar həm ailədən həm də məktəbdən dini biliklərə yiyələnirlər. 

Mən yaşadığım ölkəyə  Almaniyaya gəldiyim ilk gündən diqqətimi çəkən hər addım başı şəhərlərdə nəhəng, kəndlərdə isə balaca kilisələr olub. Hər bir kilsənin çox və özünə məxsus memarlıq  qurluşu, qədim tarixi var. İnsan bu ölkənin hər kəndinin özünə məxsusluguna tarixi simvoluna heyran olmaya bilmir. İnsanlar özünə, öz kəndinə, öz mədəniyyətinə necədə sadiq və sahib çıxdıqlarına baxdiqca dərs almağı öyrənmək həvəsinə düşməyə bilmir. Bunların hələ Almaniyaya yeni gəldiyimdə hər bazar günü kilsə zənglərinə oyanar, insanların dini etiqadlarına hörmətlərinin şahidi olurdum. İnsanlar orada toplu halda görüşür, birlikdə dualar oxuyur və gülər üzlə evlərinə geri döndüklərini görürdüm. İçimdəki həsəd  hissini, Vətən həsrətini birə beş artırırdı. Kaş ki mənim də ölkəmdə hər sabah azan səsinə oyana, insanlarla qohum -qonşuyla birlikdə məscidə gedəydi insanlar, Cümə namazına, Bayram namazına gülər üzlə xoş dualarla. “Kaş ki” lər o qədər çoxdur ki,...

Axı mən Rayonumuzda, kəndlərimizdə heç Məscid, dinə aid heç bir şey görməmişdim.18 yaşım vardı ilk dəfə Qurani-Kərimi əlimə alanda.Yadımdadır atam rəhmətlik min bir zəhmətlə (o vaxt atam, qardaşım  işsiz idilər. Sovet ölkəsinin dağılması minlərlə insanin işsiz qalmasına səbəb olmuşdu) çalışırdı ki, mənim Ali Təhsil almağıma maddi cəhətdən yardım etsin. Böyük qardaşım mənim təhsil almağım üçün Rusiyaya işləməyə getmişdi. Bütün qohumlarımın mənə haqqı keçənlərin hər birinə minnətdarlığımı bildirirəm. Onun qazanıb  mənim  təhsilim üçün verdikləri ciblik xərcliyimi toplayıb Quran kitabları 5 ədəd aldım. Ailəmiz üçün,   qohumlara vermək   üçün   bu kitabları almışdım. Bəziləri Kommunizim  ideyaları ilə böyüyən qohumlardan məni qınaq atəşinə tutmuşdu. Məni başqa cavan qızlar kimi pulunu başqa “önəmli şəylərə”  bəziləri  teatra, geyimə, bəzək əşyalarına, kinoya, bəziləri kosmetkaya, nə bilim  başqa şeylərə xərcləməməkdə təqsirli hesab edirlərdi... Amma özlüyümdə bilirdim ki, ən vacib olanı etmişəm. İçimdən bir səsə cavab vermişdim o İlahi səsə ki, məni hər an çağırırdı.

Ondan sonra öz üzərimdə rahatlıq hiss etməyə başladım. Dinə aid hansı kitabı, yaxud kitabçanı  görürdüm alırdım. Hətta qohumlardan gizlin Məscidə də gedirdim. Sankı bir suç işləyirəmmiş kimi, gizlincə Oruc tuturdum, axı qohumların qınağından tərs sözündən qorxurdum, kimlərin isə mənə gülüb ələ salmasından qorxurdum. Bəlkədə bir   çoxlarına  qəribə qələcək. Amma belə təsadüflər mənim  başima çox gəlib. Insanlar öz  dininə nifrət etdiyini  bizim Sovet Azərbaycanında çox görə bilərsiniz. Biz Kommunizim  rejmində yaşayaraq dinimizdən uzaqlaşsaq da Allahın ilahi varlığın olmasına inanır, səhər - axşam yemək masasında Allaha min şükür kəliməsi  ilə deyənləri də  görürdük. Şəxsən mən bunun üçün böyüklərimə minnetdarlığımı bildirirəm. Amma bəzi dinsizlər  kimi biz yalniz Çarlz Darvinin ideyaları ilə insanın meymundan yaranmasına inanırdıq. Allahin varlığına inansaq da hər zaman yeni çıxan şair və dünya yazarlarının ideyalarını esas tuturduq, amma din kitabını yalancı mollaların uydurması hesab edib, heç  yaxınımiza belə  buraxmırdıq. Demək olar ki, heç bir din kitabı nə satılır nə də təbliğ olunurdu. Allaha and içəni yalançı  hesab edən müəllimlərim  məni dindən uzaqlaşdirsa da çox sevinirəm ki, bunun yanlış olduğunu sonda anladım.

Almaniyaya gəldiyimdə çoxlu Dinini sevən, dininə bağlı insanlarla tanış oldum. O insanlardan gördüyüm səmimiyyət doğruluq məni doğru yoldan yürüdüyümə bir daha əmin etdirdi. Dindən uzaq olanlardan isə aldığım yaraları, yalnız Dinə bağliılığım, Allaha bağlılığım  qurtardı. Yoxsa bəlkə də dəli olar, yaxud da intihar edərdim. Bəzi dinsiz insanların düşüncə tərzi və səbirsiz qərarları məni əvvəllər çox emosional hisslərə qapadırdı. Dinimə sahib çıxandan sonra səbirli olmağa başladım. Allaha çox şükürlər olsun!

Bütün bunlari yazmaqda məqsədim bütün inkişaf etmiş ölkələrdə olduğu kimi dinə önəm verməyin, dinin təbliğinin nə qədər də vacib olduğunu  dilə gətirmək istəyirəm. 

Birinci dəfe qızım  “Uşaq  Bağçasına” başlayan günü və İlk dərs günündə  məktəbə gəlmədən öncə, uşaqları Kilsəyə, məktəbin uğurla başlaması münasibəti ilə aparıb, dua oxuyub, ilahi söləyərək dərsə başladığının şahidi olduq. Bu başlanğıc mənə çox şeylər söylədi, almanlar dininə necədə dəyər verdiyini bizim bəzi özündən razı çox bilmiş insanlarmızın düşündüyü kimi olmadığını mənə  bir daha sübut etdi .  Bundan sonra daha aydın dərk  etdim ki, bu ölkədə  ümumiyyətlə Avropada,  Amerikada  Dünyada dinə böyük qiymət verilir. Amma gəlin görək bizim Azərbaycanda uşaqlar məktəbə başlamadan öncə kimsə belə Allahı anırmı, yaxud da uşaqlarına Allahı andırırmı? Bir misal daha  və yaxud başqa zaman çox vaxt kiminsə başına çox önəmli bir iş gəldiyində yaxud da əzizlərimizi itirəndə dinə zorla müraciət edirik ya yox?

Hər kəs xarici teleseriallara baxır, amma oradan İnsanların kilsədə evlənmələrini, kilsə öndərindən xeyir dua almalarını  nümunə götürmürmü? Azərbaycanda bu kimi gözəl ən-ənələri yaşatmağı təbliğ edirikmi? Məncə heç kim buna fikir vermir, sadəcə kor- koranə baxıb keçirlər. Hind filimlərini sevənlər də minlərlədir, orada belə insanların məbəddə evlənmələrini görməzdənmi gəlirlər, əlbəttə görməzdən gələnlərimiz yenə də minlərlədir. 

Almaniyaya gəldiyim gündən bizim görüşdüyümüz insanların Azərbaycandan və keçmiş Sovet ölkəsindən gələnlər istisna olmaqla, hər kəsin dinin dəyərli olduğunun şahidi oldum.Türkiyədən gələn insanların Almaniyada başlatdıqları Quran dərsləri, Camiləri - Məscidləri açmaqları bu  Avropa ölkəsinin hər yerində demək olar ki, qəbul olunub. İnsanların hamısı yaslarında, toylarında ibadət edər, Allahdan xeyir dua alamaq üçün Camilər ziyarət olunar, insanların ağzından Allah kəlməsi əksik olmaz. İstər çarşablı qadınlar olsun, istər olmasın, moderin olsun ya olmasın hər kəsin evində Quranı- Kərim var, dualar kitabları var, hətta çoxları Quran -Kərim Müqəddəs kitabımızı ərəbcə oxuya bilirlər. Oxuya bilməyənlər də oxuyanları diqqətlə izləməsi dinləməsi belə savab olduğunu deyərlər. Quran kursları evlərdə belə davam etdirilir, növbə ilə oxunulur. Bu əksərən uşaqları məktəbə yola saldıqdan ərlərini də içə göndərəndən  sonra, sabah kahvealtılıqlarında qadınlar arasında olur. Həm biri –birilərini görmüş olur, söhbət edirlər, həm də savab olaraq  Müqəddəs kitabımızı oxuyurlar, Allaha birlikdə dua oxuyurlar. Belə ev görüşmələri  sabahlar, Almaniyada həm almanlar, arasında həm xaricilər arasında çox yayılmışdır. Bizim xanımlara da tösiyyə edirəm. Uşaqlı analar üçün bu çox önəmli və əlverişlidir. Əgər işə getmirsinizsə, ev xanımısınızsa  yaxud da günortadan sonra işləyirsinizsə doğrudan çox əlverişli  bir vaxtdır, istifadə edin. Görüşlərinizi uşaqlardan, səs küydən uzaq edin.Uşaqlar evə gəldiyində isə dərsləri və tərbiyəsi ilə məşğul olmağa xeyli vaxt qalır. Həm də asan başa gələn səhər naharında, çox yemək bişirməyə vaxt sərf olunmur. Əvvəllər bu mənə qəribə gəlirdi həm də ki, vaxtım olmurdu uşaqları uşaq bağçasına qoyub yaxud da dərsə yola salıb Dil kurslarına gedirdim.Vaxtım az olurdu, birdə mən oradan önəmli bir şey yoxmuş kimi düşünürdüm. Bir sözlə bu məclislər, vaxtı, həvəsi olanlar üçündür deməyək, həvəsi olanlar belə vaxt ayırıb din Kitabları oxumalı insanlarla sıx ünsiyyətə girməlidirlər. Belə görüşləri isə işləyən  alman xanımları, axşamlar, uşaqları ataya yaxud da böyüklərin tanışların nəzarətində buraxıb  gedirlər. Bizim önəm vermədiyimiz Din söhbətləri demək olar ki, dünyanın bütün xalqları tərəfindən önəmsənir və təbliğ edilir.

Əgər fikir  vermisinizsə Avropada,Türkiyədə dünyanın hər bir ölkəsində  (Azərbaycandan xaricə çıxanlar bilir, əgər maraqlanırlarsa) hər bir kənd  və yaşayış yerlərində  o ölkənin  dini ibadətgahı var. Mədəniyyət mərkəzlərinə daxil olursan, Din kitabından bir ayə görürsən, Hotelə gedirsən hər bir otaqda Din kitabı İncil, Bibel görürsən. Evlərinə gedirsən hər bir almanın, xarici millətin öz inamına uyğun bir tablo görürsən. Yaxud Avtomaşınında, qolunda yaxasında bir din simvolu görürsən. Məgər bu onların dininə bağlılığının əlaməti deyilmi? Məktəblərdə Din dərsləri keçirilir, Əgər məktəbdə başqa dinlərdən şagirdlər varsa onlar üçün ümumi dinlərdən bəhs edən dərslər keçirilir. Uşaqlar Konfirmasiyonlarda hazırlıqlar edir, dinlə bağlı kilsələrdə testlər verirlər. Sonra ailələrinin alqışları ilə Konfrmand olurlar. Ailələri bu münasibətlə şənliklər təşkil edir, hər bir iştirakçıya uşaqların şəkilləri və təşəkkür məktubları paylanır. Uşaqlar hədiyyələr almaqla,  mediya tərəfindəndə regional qəzet və broşürlarda dərc olunurlar.O gün onlar üçün çox önəmli gün kimi ömrü boyu yaddaşlarına həkk olur.

Mən bu misalı çəkdim ki, öz müsəlman qaradaşlarımızın adət- ənənəsini xor görənlər oxuyub görsünlər almanlar necədir. Sonra yaxın tanışımın Pakistanlı ailənin keçirdiyi mərasimdən söz açmaq istəyirəm. Sərxan adlı uşağın atası hər gün namaz qılmır, amma hər dəfə cümə namazlarına şəhərdə olan Camiyə balaca Sərxanla birlikdə gedirlər. Sərxan çox ağıllı oğlandır, o alman dili dərsləri ilə bərabər, evdə anasının köməyi ilə Quranı ərəbcə oxuyur. Quranı oxuyub bitirdiyi üçün onlar onu Pakistana qohum əqrabaları ilə birlikdə  Şənlik keçirməyə apardılar. Orada böyük şənlik keçirlib, qohum əqrabalar tərəfindən çoxlu  hədiyyələr alan Sərxan artıq ailənin sevimlisinə çevirilib. Onların bu gözəl adət-ənənəsi Video tərəfindən tarixin yaddaşına köçürülüb. Gəlin görək bu kimi savab işləri alqışlayıb yeyib içmək yaxşıdır, yoxsa Sovet ölkəsinindən qalma  araqsız, siqaretsiz  keçirilməyən boş pul xərclənən məclisləri. Həm alman, həm Müsəlman  xalqlarının  yaxşı cəhətlərindən bəhs edən, belə məclislər bizlərə örnək olmalı, uşaqlarımızın sabahına doğru yol açmalıdır. Gəlin sabahımız olan uşaqları doğru yola yönəldək, dinimizə yalnız yaslarda, ölümüz öldükdə  deyil, gözəl günlərdə də sahib çıxaq, Gözəl Dinimiz olan İslamı dəyərləndirməyi bacaraq!! 

Əgər biz dinimizi qiymətləndirməyəcəyiksə O zaman dinə həsrət qalan millətimizi ya “Yehovanın Şahidləri”, Kirjna cəmiyyətinin, bütpərəslərin, atəşpərəslərin ya da İsanın Allahın oğlu olduğuna inananları tərəfindən din dəyişdirənlər ordusu ilə qarşılaşacağıq. Hər kəs vahid din üzərindən danışmayacaq. Hamımızın fikirləri alt – üst şəkildə bir – birimizə tərs duracağıq....Bunun nəticəsi isə çox pis olacaq...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az