Altı boksçumuz finalda

Altı boksçumuz finalda

I Avropa Oyunlarının boks yarışlarında çıxış edən Azərbaycan idmançıları uğurlu göstəricilərə nail olublar.  Vətəninfo.az Modern.az-a istinadla  xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən kişilərin yarışında 60 kq çəki dərəcəsində mübarizə aparan Albert Səlimov yarımfinalda irlandiyalı Sin Makkomba qalib glərək (3:0) finala yüksəlib. Albert sabah finalda fransız Sofian Omi ilə qarşılaşacaq.
69 kq-da yarışan digər Azərbaycan boksçusu Pərviz Bağırov da yarımfinalda qalib gəlib, o ingiltərəli Coş Kellini udub - 3:0. Boksçumuz sabah saat 18:45-də rusiyalı Aleksandr Besputinlə qarşılaşacaq.
75 kq-da mübarizə aparan Azərbaycan boksçusu Xaybula Musalov  macarıstanlı boksçu Zoltan Harksa ilə yarışda 2:1 hesabı ilə qalib gələrək finala çıxıb. O, sabah irlandiyalı Maykl Oreilli ilə qarşılaşacaq.
Ölkəmizi 91 kq çəki dərəcəsində təmsil edən Abdulkadir Abdullayev də yarımfinalda qalib gəlib, o, rusiyalı Sadam Maqomedovu məğlub edib. İdmançımız sabah finalda çıxış edəcək.
Qeyd edək ki, bunlardan öncə daha iki boksçumuz finala çıxmışdı. Sabah Elvin Məmişzadə və Kollazo Sotomayor da finalda Azərbaycana qızıl medal qazandırmağa çalışacaqlar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az