AMEA əməkdaşı Şahin Bağırovun namizədliyi irəli sürülüb
AMEA əməkdaşı da parlament seçkilərində iştirak qərarı verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov növbədənkənar parlament seçkilərinə qatılıb.
Bu haqda məlumatı Ş.Bağırov özü verib. O bildirib ki, namizədliyini 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən irəli sürüb. Alimin sözlərinə görə, imzatoplama kampaniyası çox uğurla başa çatıb.
Qeyd edək ki, Şahin Bağırov imza vərəqələrini və digər zəruri sənədləri 8 yanvar tarixində DSK-ya təhvil verib.
Xatırladaq ki, Şahin Bağırovun namizədliyi Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə irəli sürülüb.
Miq.Az