AMEA Mehdiyevin adını bu siyahıya salmadı - Rəsmi açıqlama

AMEA Mehdiyevin adını bu siyahıya salmadı - Rəsmi açıqlama
AMEA Ramiz Mehdiyevin adının "AMEA-nın sabiq prezidentləri” bölməsində olmamasına münasibət bildirib.

Qurumdan verilən məlumata görə, AMEA-nın science.az portalının "AMEA-nın sabiq prezidentləri” bölməsində akademik Ramiz Mehdiyevin adı əvvəlcədən daxil edilməyib:

"Artıq həmin bölmənin yenilənmiş variantında akademik Ramiz Ənvər oğlu Mehdiyevin adı və haqqında məlumat müvafiq səhifədə yerləşdirilib”.

Qeyd edək ki, Ramiz Mehdiyev də sözügedən məsələ ilə bağlı açıqlama vermiş, bunu özbaşınalıq adlandırmışdı: 

"Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az