Amerika vətəndaşı DYP əməkdaşlarından ŞİKAYƏT etdi

Amerika vətəndaşı DYP əməkdaşlarından ŞİKAYƏT etdi

Bir müddətdir sosial şəbəkələrdə və Dövlət Yol Polisi İdarəsinin Ekologiya postunda sürücülərə qarşı haqsızlıq olunması barədə məlumatlar yayılır. 

 Miq.Az-a daxil olan məktubunda da  sözügedən postla bağlı şikayətlər yer alıb. Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan Hüseynova Gülarə Firudin qızı tərəfindən redaksiyamıza daxil olan şikayətdə deyilir: 


"03 mart 2020 -ci tarixdə saat 23:40 radələrində Ekologiya postunda inspektor saxlama əmri verdi. Maşını saxlayıb bütün sənədlərimin qaydasında olduğunu bildirdm və sənədlərimi təqdim etdim.  Özünü təqdim etmədən sənədlərimi yoxlayan polis əməkdaşı mənə bildirdi ki, Amerikada aldığım sürücülük vəsiqəsi ilə Azərbaycanda  maşın sürə bilmərəm. Bunun hansı səbədən irəli gəldiyini, sürücülük vəsiqəmin  Azərbaycanda niyə keçərli olmadığını soruşduqda isə heç cür izah edə bilmədilər. Sürücülük vəsiqəmi bəhanə gətirib maşını cərimə meydançasına aparmaq istəyəndə buna etiraz etdim.  Bir neçə dəqiqədən sonra rəislə danışıb, məndən 80 manat  pul aldılar. Yol polsinin əməkdaşları pulu alandan sonra sürücülük vəsiqəmin indi "keçərli" olduğunu bildirdilər"-deyə Hüseynova Gülarə Firudin qızı bidlrdi.

Amerika vətəndaşı olan şikayətçi onu da bildirdi ki, Dövlət Yol Polisi İdarəsinin Ekologiya postunda hüquqlarının tapdalanması ilə əlaqədar 102 qaynar xəttinə də müraciət edib.

Redaksiyadan: Yazıda adı hallanan  Dövlət Yol Polisi İdarəsinin Ekologiya postunun əməkdaşlarının da rəyini dərc edə bilərik.


Elmin Alişov
Miq.Az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az