Çanaqqalada zəfəri təmiz türk insanının ruhu qazandı...

Çanaqqalada zəfəri təmiz türk insanının ruhu qazandı...

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Jurnalist Qadınlar Assosiyasiyasının təşəbbüsü ilə  qadın jurnalistlər, Azərbaycanda aktiv olan vətəndaş cəmiyyətinin faəl xanımları  Çanaqqala savaşının 100 illiyi münasibətilə  Bakıda Türkiyə şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə mərasim keçiriblər.  Şəhidlərin ruhuna dualar oxunub, onların keçdiyi şərəfli yoldan söhbət açılıb. Assosiyasının rəhbəri Sevil Yusifova anım mərasimini giriş sözü ilə açıb. O, bildirib ki, zəfər günlərimizin, şəhidlərin ruhunun yad edilməsi, milli-mənəvi ənənələrin yaşadılması və gələcək nəsillərə çatdırılması yolunda addımlar atılması vacibdir. S.Yusifovanın sözlərinə görə, qadınların bu cür tədbirlərdə fəal olması vacibdir: “Qadınlar cəmiyyətin irəli getməsində lokamativ rolunu oynaya biləcək qüvvədir. Qadınlar gələcək nəslin inkişafında rolu olan kəslərdir. Bu gün  yalnız türk şəhidlərinin deyil, ilboyu erməni qəsbkarlarının törətdiyi cinayətlər nətiəsində şəhid olan insanlarımızın anım məracimlərini keçirməyi planlaşdırırıq. Bu gün onun ilk adıımını atırıq. İnanırıq ki, bu təşəbbüsümüz dəstək alacaq, genişlənəcək və digər təşkilatlar da bu işə qoşulacaqlar”. S.Yusifova bildirib ki, hər zaman gənclərə  tariximizin öyrənilməsinin, milli dəyərlərin qorunmasının, sayqı duyulmasının vacibliyindən danışırıq. Onun sözlərinə görə, gənclərə deməklə yanaşı, işimizlə onlara örnək olmalıyıq ki,  arxamızca gedə bilsinlər.


Aksiyada iştirak edən Canaqqala savaşına həsr olunmuş “Eşq cəbhəsi” kitabının müəllifi Bahadur İçərişəhərlioğlu, eləcə də Türkiyədə nəşr olunmuş “Çanaqqalada yüksələnlər” kitabını dilimizə tərcümə etmiş yazıçı Sərvaz Hüseynoğlu  Çanaqqala savaşının dəhşətli məqamlarından, qazanılan zəfərin inanılmaz möhtəşəmliyindən söz açıblar.  S.Hüseynoğlu Çanaqqala savaşı haqqında mərasim iştirakşılarına geniş məlumat verib: “Çanaqqalda sadəcə əsgərlər, silahlar deyil, insan mənəviyatı döyüşürdü. Bu savaşın qalibiyyəti insanların ruhundan qaynaqlanan zəfər idi. Türkün birləşdirici missiyasının qələbəsi idi. Bu qələbənin kökündə türk anaları dururdu. Analar saçlarını xına qoyub, övladlarını yola salırdılar. Gedin şəhid olun, amma zəfər qazanmadan geri dönməyin, deyirdilər. Çörçil Çanakkala döyüşünü 24 saat ərzində qazanacağını bildirmişdi. Məğlubiyyətin sonunda soruşmuşdular ki, bu qədər birləşmiş güc sahibləri necə oldu ki, türklərə yenildi. O, bildirmişdi ki: “anlamırsınızmı, orada Allaha qarşı döyüşdük və Allaha məğlub olduq. Türk insanının mənəvi təmizliyi paklığı Çanakkalda qalib gəldi”.   Tədbirin davamında möhtəşəm zəfərə həsr olunmuş şeirlər oxunub, erməni vəhşilklərinin canlı şahidləri danışıb.

Aygün

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az