Anarın o biri dünya ziyarəti... - Video

Anarın o biri dünya ziyarəti... - Video
Xalq yazıçısı Anar II Fəxri xiyabanı ziyarət edib, burada uyuyan valideynləri Rəsul Rza ilə Nigar Rəfibəylinin və bir sıra dostlarının məzarlarına baş çəkib.

"Qafqazinfo”nun məlumatına görə, bunlar arasında Emin Sabitoğlu, Rüstəm İbrahimbəyov, Fikrət Qoca, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu kimi dühalar var.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

O bunu əks etdirən görüntülərlə yanaşı, dostları ilə bağlı 2022-ci ildə qələmə aldığı şeiri də feysbuk hesabında paylaşıb:

İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska filan taxmadan
görüşüb-öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın ünsiyyəti
bəlkə, susub baxmaqmış.
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində, kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə, onlardı oyaq
Biz burda yuxudayıq.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az