Ankaradan ABŞ-a nota: Məhv edəcəyik

Ankaradan ABŞ-a nota: Məhv edəcəyik

Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatı müzakirə etməyəcək.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ölkə telekanallardan birinin efirində bildirib.

"Afrində Amerika hərbçiləri yoxdur. Orada vaxtaşırı yalnız ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olurlar. Buna görə də ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyac yoxdur”, - türkiyəli nazir deyib.

Çavuşoğlu Vaşinqtonu yenidən YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücləri – red.) silah çatdırılması siyasətindən imtina etməyə çağırıb: "Türkiyə-Amerika münasibətlərinə zərər vermək lazım deyil. Əgər biz müttəfiqləriksə, ABŞ bu addımı atmağa məcburdur. ABŞ bunu etməsə və bu təhlükəni aradan qaldırmasa, onda biz özümüz bu təhlükəni məhv etməliyik”.

O vurğulayıb ki, Türkiyə ABŞ-a etibar etmir. Nazir Vaşinqtonun Suriya üzrə daha əvvəllər verdiyi vədləri yerinə yetirmədiyini xatırladıb.

Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Reks Tillerson və Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmester Ankaraya səfər edəcək. Makmaster həftəsonu, Tillerson isə gələn həftə Türkiyədə olacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az