Vətəninfo.az-a ANS-dəki adını açıqlamaqdan imtina edən mənbədən daxil olan məlumatda iddia edilir ki, bir müddət əvvəl “İncə Maraqlar” proqramının aparıcısı Elnarə Təhməzova dindarlarla bağlı səsləndirdiyi fikirlərə görə, işdən azad ediliyi əsassızdır.
Mənbənin məlumatında vurğulanır ki, Elnarə Təhməzovanın proqramı bağlanmayıb. Sadəcə olaraq dindarları sakitləşdirmək məqsədi ilə “İncə Maraqlar” və onun aparıcısı vaxtından əvvəl məzuniyyətə göndərilibdir. Qeyd edək ki, bir müddət əvvəl “İncə Maraqlar” verlişində adı çəkilən aparıcının hicablı qadınları bayquşa bənzətməsi ölkə dindarlarının sərt reaksiyasına səbəb olmuşdu. Hətta bir qrup Nardaran sakini ANS-ə gələrək, aparıcının cəzalandırılmayacağı təqdirdə “qan düşəcəyi”ni bəyan etmişdilər.
Mənbə də iddia edir ki, ANS rəhbərliyi də baş verə biləcək hər hansı xoşagəlməz qarşıdurmanın qarşısını almaq üçün çıxış yolu kimi “İncə Maraqlar” verlişini və aparıcını vaxtından əvvəl məzuniyyətə göndərməkdə görüb. Əgər doğrundan da mənbənin iddia etdiyi məlumat doğrudursa, o zaman belə çıxır ki,ANS həm dindarları,eyni zamanda da ölkə içtimaiyyətini aldadır. Hər halda gözləyək, sentyabrda- yeni televiziya mövsümündə aparıcı Elnarə Təhməzovanın efirdə görünüb-görünməyəcəyi bütün suallara nöqtə qoyacaqdır.
Məsələ ilə bağlı ANS Şirkətlər Qrupunun da mövqeini yayımlamağa hazırıq.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto