Aprel Şəhidlərinin məzarları təhqir olundu - Sumqayıtda

Aprel Şəhidlərinin məzarları təhqir olundu - Sumqayıtda
Sumqayıt "Şəhidlər Xiyabanı”nda aprel Şəhidlərimizin məzarları təhqir olunub 

Bu haqda moderator.az-a aprel Şəhidimiz əsgər Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva məlumat verib. Şəhid anası bildirib ki, gecə vaxtı xiyabana daxil olan şəxslər Şəhidlərin məzarları üstündəki bayraqları yandırıb, məzarların üstünü dağıdıblar. Hətta məzar daşlarını sındırmağa da cəhd ediblər. Hal-hazırda həyat yoldaşının və bir neçə Şəhid ailəsinin xiyabanda olduğunu deyən Şəhid anası bu saatlarda xiyabana yola düşdüyünü bildirib. Şəhid anasının dediyinə görə artıq məsələylə bağlı bir neçə nəfər də polis tərəfindən saxlanılıb. 

Mövzu diqqətimizdədi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az