Aprelin 5-də Xaçaturov 1994-cü ilin atəşkəs razılaşmasını ləğv olunmuş hesab edən sənəd imzalayıb

Aprelin 5-də Xaçaturov 1994-cü ilin atəşkəs razılaşmasını ləğv olunmuş hesab edən sənəd imzalayıb

Xəbər verdiyimiz kimi, aprelin 27-də Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran istintaq komissiyası 2016-cı ildə işğal altında olan Qarabağdakı qanunsuz "hərbi birləşmə”nin komandiri olmuş Levon Mnatsakanyanı qəbul edib.

Mnatsakanyan Serj Sarkisyandan sonra komissiyanın ilk qonağıdır. Bundan öncə Aprel döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş Yuri Xaçaturov komissiyanın sədri Andranik Köçəryanın dəvətini rədd edib.

Bir neçə gün bundan öncə Andranik Köçəryan Serj Sarkisyanın komissiyanın iclasında iştirak etməsi və verdiyi cavablar haqqında danışarkən qeyd edib ki, Ermənistanın sabiq prezidenti bütün suallara cavab verib və bu cavablarda müəyyən suallara daha dolğun cavablar verə bilən konkret cavabdehləri də göstərib.

Bundan əlavə, bu sırada söhbət Qarabağdakı qondarma quruma da də aid olub. Hətta öz keçmiş rəhbəri olan Sarkisyanın iştirakından sonra bənzər hazırlıq bildirməyən Yuri Xaçaturovun komissiyanın iclasında iştirak etmək dəvətini niyə rədd etdiyi sual olaraq qalır.

Sarkisyan Xaçaturovun iştirak etməməsini yanlış hesab edib, lakin ola bilsin Xaçaturov Sarkisyandan daha çox şey bilir.

Burada başqa bir hal da maraqlıdır. Belə ki, 1994-cü il atəşkəsi üçtərəfli - Azərbaycan, Ermənistan və qondarma qurumun nümyəndələri arasında, 2016-cı ilin 5 aprel atəşkəsi isə ikitərəfli - Azərbaycan və Ermənistan arasında olub.

Alpər Mövludoğlu
Ordu.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az