Aqil Abbas: “AFFA Canni De Byaziyə qırmızı vərəqə çıxarmalıdır, vəssalam”

Aqil Abbas: “AFFA Canni De Byaziyə qırmızı vərəqə çıxarmalıdır, vəssalam”


"AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində futbol üzrə milli komandamız 5:0 hesabı ilə Belçikaya uduzmasına nə fikir bildirmək olar? Hakim Eddi İsrafilova qırmızı vərəqə çıxardı. Bilmirəm, Eddi İsrafilovu niyə oyuna çıxarırlar, heç bir qəpiklik də futbolçu deyil. AFFA da Canni De Byaziyə qırmızı vərəqə çıxarmalıdır, vəssalam”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

"Çempionat gərgin və maraqlı keçir. Azərbaycanda futbol inkişaf edir, amma vaxt lazımdır. Birdən-birə alman ola bilməyəcəyik. Hər halda futbolun inkişafı üçün dəfələrlə dövlət proqramı qəbul edilib. Uşaq futbolu yoxdur. Klublar, akademiyalar zəifdir. Düşünürəm, futbolu inkişaf etdirmək üçün yeni proqram qəbul etmək lazımdır. Uşaq futbolu ilə bərabər bölgələrdə də futbol inkişaf etməlidir. Yaxşı məşqçilər də lazımdır”, - deputat bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az