Aqil Abbas: “Qurban Qurbanov milli komandaya gəlməz, çünki o, şəxsiyyətini, qürurunu yüksək tutan insandır”

Aqil Abbas: “Qurban Qurbanov milli komandaya gəlməz, çünki o, şəxsiyyətini, qürurunu yüksək tutan insandır”



"Heç vaxt Qurban Qurbanovun milli komandaya gəlməsini istəməzdim. İlan vuran ala çatıdan qorxar. Qurbanovu bir dəfə milliyə gətirdilər, işləməyə qoymadılar. O da yerinə qayıtdı – Qarabağa. Qurbanov milliyə gəlməz, çünki o, şəxsiyyətini, qürurunu yüksək tutan insandır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

O bildirib ki, Fernando Santuşdan sonra milli komandaya yerli məşqçi gəlməlidir: "Bəlkə, iyirmi dəfə demişəm ki, milli komandaya yerli məşqçi gəlməlidir. Futbolçularımızı tanıyan, ünsiyyətdə olan, mentalitetimizi, əxlaqımızı bilən, futbolçuların içini duyan məşqçi. On nəfər xarici məşqçi gətirmişik, bir qələt edə bilməmişik. Heç olmasa, indi yerli məşqçi gətirək, görək, nə var, nə yox, işlər necə gedir. Bir də ki, uşaq futbolu inkişaf etməyənə qədər nə qədər məşqçi gətirirsən, gətir. Nə edəcəklər? Gərək, futbolçu getişə. Futbolçu yetişməyənə qədər heç nə olmayacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az