Aqil Abbas: "Qurban Qurbanovun komandası Məmmədyarovdan daha çox iş görür"
""Qarabağ"ın oyununu izləyəndə 90 dəqiqə həyəcan içində idim. Onu qeyd edim ki, mən həmişə "Qarabağ"a inanmışam".
Bu sözləri News24.az-a "Qarabağ-Benfika" oyununun nəticəsi haqqında danışan Milli Məclisin deputatı Aqil Abbas deyib.
Onun sözlərinə görə"Qarabağ" futbol komandası səfərdə daha yaxşı oyun göstərir: ""Qarabağ" oyunda hər zaman geri dönüş etməyi bacarır. Mən bu oyuna Qurban Qurbanovun qələbəsi deyərdim. Qurban Qurbanov elə bir ssenari yazmışdı ki, rəqib donub qalmışdı, oynaya bilmirdi.
"Qarabağ"ın futbolçuları yalnız rəqiblə yox, eyni zamanda 40 minə yaxın azarkeşlə oynayırdı. Rəqibin azərkeşləri dayanmadan mahnı oxuyurdu. Mən bizim ölkənin azərkeşlərində heç vaxt elə bir hal görməmişəm. Hər kəs "Qarabağ"a "köhlən atlar" deyir, lakin mən Qurban Qurbanovun "ayğır atları" deyirəm. Onlar Santuşun qohumlarını tapdayıb keçdilər. Santuş görsün ki, oyun necə oynanılır. Həmçinin, böyük futbol məşqçiləri Qurban Qurbanovun taktikasını, sistemini bəyəniblər".
Deputat Azərbaycanın digər futbol komandalarının - "Sabah", "Neftçi", "Zirə"nin də "Qarabağ" kimi fəaliyyət göstərməsini arzu etdiyini bildirib: "Avropada 200 ildir futbol var, amma Azərbaycanda 30-35 ildir. Əvvəlki dövrə baxanda, sadəcə "Neftçi" komandasının olduğunu görürük, lakin bizim əsl futbolumuz müstəqillik əldə etdikdən sonra oldu. 30-35 ilə belə bir komanda yaratmaq hər oğulun işi deyil, ancaq Qurban Qurbanov bunu bacardı".