Araik Kəlbəcərin kəndində 25 milyon dollarlıq SES tikdirməyə qərar verdi...

Araik Kəlbəcərin kəndində 25 milyon dollarlıq SES tikdirməyə qərar verdi...

"Mardakert rayonunun Hetavan icmasının ərazisində 17,6 MVt gücündə "Hetavan-1" SES inşa ediləcək. 25 milyon dollarlıq layihə Artsax investisiya fondu vasitəsi ilə start götürəcək. Lakin digər investorların da iştirak etmək imkanı olacaq”.
 
Moderator.az xəbər verir ki, bu məlumatı avqustun 2-də keçirdiyi müşavirədə "enerji təhlükəsizliyi” ilə bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının müvəqqəti olaraq Rusiyanın rəsmən sülməramlı sayılan hərbi kontingentinin nəzarətində olan hissəsində tör-töküntüləri hələ də sülənən separatçı-terrorçu rejimin oyuncaq rəhbəri Araik Arutyunyan açıqlayıb.
 
Azərbaycan dövləti tərəfindən axtarışa verilmiş separatçı-terrorçu başçı bildirib ki,  SES-lərin çoxu  44 günlük savaşdan sonra Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə qaldığından rejim "ərazisi”ni elektrik enerjisi ilə təmin edə biilmir, ona görə də sözügedən SES-i tikməlidirlər.
Məlumatı olmayanlara  xatırladaq ki,  Araikin verdiyi məlumatı Azərbaycan Respublikasının rəsmi inzibati-hüquqi dilinə çevirəndə belə alınır:
 
"...Separatçı erməni rejimi Kəlbəcər rayonunun Qozlukörpü kəndində 17,6 MVt gücündə "Hetavan-1" SES inşa edəcək”...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az