Araik Paşinyanla İrəvanda görüşdü və Laçından keçib Xankəndinə döndü?..-FOTO
Axı bu separatçı Xankəndində niyə qalıb ki, bizim də başımızı ağrıda?..
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən barəsində İnterpol vasitəsilə axtarış elan edilmiş Qarabağ separatçılarının lideri Araik Arutyunyan İrəvanda qəsbkar və məğlub Ermənistanın baş naziri Nikol Paşinyanyanla görüş keçirib.
Moderator.az xəbər verir ki, Paşinyanın mətbuat katibi Mane Qorqyanın "Facebook” səhifəsində yazdığı məlumatdan belə bəlli olur.
Görüş zamanı Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi üçün müvafiq qurum rəhbərlərinin iştirakıyla məsləhətləşmələr aparılıb.
Məlumatda aydın şəkildə bildirilmir ki, gerçəkdən A. Arutyunyan Laçın dəhlizindən keçib İrəvanda N.Paşinyanla görüşüb qayıdıb, yoxsa bu, sadəcə, video-formatda görüş olub.
P.S. Axı bu separatçı Xankəndində niyə qalıb ki, bizim də başımızı ağrıda?..
Sultan Laçın