
Nizamnamə kapitalı 10 manat olan "İnşaatçı-Neftçi" MMC-nin hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30 ünvanı, qanuni təmsilçisi isə Zeynalov Faiq Səmid oğludur.
On beş milyonluq satınalmanı hansı təşkilatlar udub?
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi 2021-ci ilin mart ayından 2022-ci ilin dekabr ayının 29-a qədər 7 (yeddi) satınalmaya yekun vurub. Bu tenderlərin ümumi məbləği 15.252.638 (on beş milyon iki yüz əlli iki min altı yüz otuz səkkiz) manat təşkil edib:
1. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"
Qalib təşkilat - "Sevinc-96" MMC
məbləğ - 241.880
2. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"
Qalib təşkilat - "Meliorativ maşın stansiyası" MMC
məbləğ - 538.600
3. Lot - "Cari təmir üzrə daş-betonla sahil bərkitmə işləri"
Qalib təşkilat - "Sevinc-96" MMC
məbləğ - 1.046.132
4. Lot - "Əsaslı Təmir uzrə torpaq işləri"
Qalib təşkilat - "İlkin-N" MMC
məbləğ - 6.175.511
5. Lot - "Maşın mexanizmlərinin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması"
Qalib təşkilat - "Sevinc-96" MMC
məbləğ - 239.507
6. Lot - "Cari təmir üzrə Ucar, Zərdab, Kürdəmir, Sabirabad, Salyan, Neftçala rayonları ərazisində olan çaylarda mexanizmlərlə torpaq işlərinin satın alınması"
Qalib təşkilat - "Ricon" MMC
məbləğ - 1.006.008
7. "Əsaslı təmir üzrə Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonları ərazisində Kür çayında daş-betonla sahilbərkitmə işlərinin satın alınması"
Qalib təşkilat - "İnşaatçı-Neftçi" MMC
məbləğ - 5.965.000 manat.

İdarənin qalib etdiyi bu təşkilatlardan "Ricon" MMC istisna olmaqla hamısının hüquqi ünvanları qonşu rayonlardadır.
- "İnşaatçı-Neftçi" MMC - Hüquqi ünvanı Şirvan şəhəri 28 may küçəsi, ev 2, mənzil 30
- "Sevinc-96" MMC - Hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 45, m. 1
- "İlkin-N" MMC - Hüquqi ünvanı Salyan rayonu Qarabağlı kəndi
- "Meliorativ maşın stansiyası" MMC - Hüquqi ünvanı Sabirabad rayonu Bulaqlı kəndi.
Qalib təşkilatların texniki bazası yoxdur?
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin 2021-ci ilin mart ayından indiki dövrədək qalib elan etdiyi təşkilatların maddi-texniki bazaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.
"Qlobal.az"ın əldə etdiyi məlumata görə, "İlkin-N" MMC-nin texniki bazası mövcuddur.
Məlumatlarda iddia olunur ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin digər tenderlərində qalib elan olunan təşkilatlar - "Meliorativ maşın stansiyası" MMC və "Sevinc-96" MMC əslində "İlkin-N" MMC-nin sahibi "hacı Qurban" kimi tanınan Qurban Abasova məxsusdur.
Bu şirkətlərin qalib elan edildiyi işlərdə "İlkin-N" MMC-yə məxsus avtomobil və digər texnikalardan istifadə edilir.
Tenderin qaliblərini ASC-dəki xalaoğlu müəyyən edir?
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmaların bəzi təşkilatlarda olduğu kimi formal keçirildiyi, əslində qaliblərin öncədən bəlli olduğu bildirilir. Həmçinin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ən böyük təşkilatlarından olan Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sifarişçi olduğu satınalmalarda görülən işlərin dəfələrlə şişirdiliyi, alınan mal-materiallar isə rəsmi sənədlərdə əks olunduğu barədə fikirlər səslənir.
İdarənin formalaşdırdığı satınalma komissiyasının müstəqil və şəffaf qiymətləndirmə aparmaq və satınalma keçirmək kimi imkanları yoxdur.
Buna səbəb isə İdarə rəisinin qanunun tələblərindən daha çox ASC rəhbərliyində təmsil olunan qohumunun sözlərinə və tapşırıqlarına qeyd-şərtsiz əməl etməsi iddia edilir.

Zakir Quliyev
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyevin xalasıoğlu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir.
Zakir Quliyev ASC-yə sədr müavini təyin edilməmişdən əvvəl uzun illər Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsində çalışıb.

Elman Nuriyev
O, 2006-cı ildə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edildikdən sonra xalasıoğlu Elman Nuriyevi Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi qoyub.

Zaur Mikayılov
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovdur.
O, bu vəzifəyə 2021-ci ilin aprel ayında təyin edilib.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ