Arutyunyan “təhlükəsizlik şurasını” topladı, elə sözlər dedi ki...
Azərbaycan Ordusunun bu gün əsgərimizin şəhid olmasından sonra başlatdığı "Qisas” əməliyyatı ilə ağır zərbələr alan qanunsuz erməni silahlılarının separatçı-terrorçu rəhbəri Araik Arutyunyan "təhlükəsizlik şurasının genişləndirilmiş iclasını” keçirib.
Yenipress.az xəbər verir ki, Araik Arutyunyanın "təhlükəsizlik şurası” adı ilə keçirdiyi iclasda işi Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların məsuliyyət zonasına yerləşdirilən erməni əhaliyə müraciət etmək olub.
Araik bildirib ki, hadisə rus sülhməramlıların nəzarətindədir və stabillik üçün rus sülhməramlı kontingentin komandanlığı ilə aktiv əlaqə saxlayır.
"Ona görə də mən həmvətənlərimə təmkinli olmalarını xahiş edirəm. Deyə bilərik ki, hazırkı mərhələdə həm hərbi vəziyyətlə, həm də Laçın dəhlizi ilə bağlı vəziyyətin yumşaldılması məsələsində müəyyən dəyişikliklər var”, - o bildirib.
Başqa sözlə desək, Araik təxribatlarının qurbanına çevirdikləri erməni əhaliyə qaçıb getməmək üçün yalvarıb və bildirib ki, rus sülhməramlılar vəziyyəti "nizama salacaq”.
Bu isə erməni Teleqram kanallarında Qarabağda məskunlaşdırılan ermənilərin panik halda Ermənistana getdiyi haqda informasiyaları təsdiqləyir.
Qeyd edək ki, gərginliyin bütün məsuliyyətini erməni separatçı-terrorçuları və Ermənistan rəhbərliyi daşıyır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz erməni silahlıları Azərbaycan ərazisindən çıxarılmır, həmçinin Azərbaycan yeni Laçın yolunu tamamlamasına baxmayaraq, Ermənistan "layihə bizimlə razılaşdırılmayıb” deyə, məntiqsiz iddia qaldırır və 10 noyabr bəyanatını pozduğunu gizlətmir.