AŞ-də dinlərarası dialoq konfransı

AŞ-də dinlərarası dialoq konfransı

Beynəlxalq tədbirdə İslam dünyasını Bütün Qafqazın Şeyxi təmsil edir

Fransanın Strasbuqr şəhərində, Avropa Şurasının tərəfindən "Din və Sülh, din və insan haqqları, dinlərarası dialoq”  mövzusunda konfrans öz işinə başlayıb.
Konfransda islam dünyasını Bütün Qafqazın Şeyxi təmsil edir.

Qeyd edək ki, konfrans Avropa Şurasının Nazirlər Komitəsinə sədrilik edən İtaliyanın təşəbbüsü ilə baş tutur. Konfransda irəli sürülən Dinlərarası dialoqun Strasburq prinsipləri müzakirə olunur. 

Konfransı giriş sözü ilə açan İtaliyanın Avropa Şurasındakı nümayəndəsi Mişel Cakomelli dinlərarası dialoqun bu gün vacib olduğunu, demokratik təsisatların əsasında din və etiqad azadlığının dayandığını bildirib. Daha sonra Avropa Şurası Baş katibinin müavini Björn Berj çıxış edib, konfransın məqsəd və vəzifələrindən danışıb, dəvət edilmiş dini liderləri təqdim edib.

Konfransda Bütün Qafqazın Şeyxi geniş məruzə ilə çıxış edib, Azərbaycanda din və etiqad azadlıqlarının qorunması, multikultural, tolerant mühitdən bəhs edib. Azərbaycanla Ermənistan arasında sülh prosesinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar tərəfindən dəstəkləndiyini bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az