Astan Şahverdiyevin qardaşı oğlu: "Bizə şər atmayın"

Astan Şahverdiyevin qardaşı oğlu:

"Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir”.

Bu sözləri deputat Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev özünün sosial şəbəkədəki hesabında yazmasıyla bağlı xəbər saytlarında informasiya gedib.

Ölkənin aparıcı və həm də ciddi saytlarına istinadən yayılan informasiyada qeyd olunur ki, insanların əmisinin sözlərinə görə narazılığını başa düşür: "Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.

Sözü gedən statusla bağlı Miq.Az-a zəng edən Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev bildirdi ki, bu status təxribat xarakterli statusdur. Ümumiyyətlə bu statusun yazılmasından belə xəbərim yoxdur. "Mən hərbçiyəm və siyasətə qarışmıram. Biz Şahverdiyevlər ailəsi cənab Ali Baş Komandanın əsgərləriyik! Bizim dəstəklədiyimiz bir siyasət var-Ulu Öndərimiz Heydər Əliyevin siyasəti! Şahverdiyevlər ailəsinin qürur duyduğu və daima siyasətini dəstəklədiyi bir İNSAN var- Ölkə prezidenti cənab İlham Əliyev...

Xahiş edirik ki, bizim adımızdan mətbuat orqanlarına provaksiya xarakterli məlumatlar yerləşdirilməsin. Millət vəkili Astan Şahverdiyev, yəni mənim əmim verdiyi açıqlamalara mətbuatda özü də aydınlıq gətirib və Azərbaycan xalqından üzr də istəyib. Bu məsələni şişirtmək və bizim adımızdan saytlara hansısa məlumatı yerləşdirənlərin məqsədlərini başa düşmürəm. İndidən bəyan edirəm ki, ola bilsin ki, bu qüvvələr adımızdan saxta profillər yaradıb nəsə yaza da bilərlər. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, bu kimi işlərdə diqqətli olsunlar!"

Qeyd edək ki, deputat "Azadlıq” radiosuna müsahibəsində belə demişdi: "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az