Ata oğluna görə damarlarını kəsdi
Vətəninfo.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə Vesti.Az-a Nərimanov rayon polis bölməsində bildriiblər.
Yerli
sakin 1951-ci il təvəllüdlü ismayılov Eldəniz Əşrəf oğlu öz evində hər
iki biləyində damarlarını kəsərək intihara cəhd edib.
Bununla əlqədar olaraq İsmayılov xəstəxanaya yatırılıb, onun vəziyyəti ağırdır.
İlkin istinatq zamanı kişinin bu hərəkətinin səbəbi müəyyənləşdirilib.
Xəbər
verildiyi kimi, İsmayılovun oğlu qəbul imtahanlarını verə bilməyib.
Amma ata nəyin bahasına olursa olsun oğlunu instituta düzəltmək qəraına
gəlib. Bu məqsədlə o,yerli universitetlərdən birinin müəllimi ilə tanış
olub, müəllim ondan oğlunu tələbə etmək üçün 20 000 manat istəyib.
İsmayılov tələb edilən məbləği verib, oğlu isə tələbə ola bilməyib. Bundan başqa İsmayılova həmin məbləği geri verməyiblər.
Hal-hazırda
Nərimanov rayon prokurorluğu fakt üzrə araşdırma aparır, İsmayılovun
kimə və hansı şəraitdə 20 000 manat verdiyini müəyyən etməyə çalışır.