Ata yeni doğulmuş uşağını anasının əlindən aldı - AZƏRBAYCANDA

Ata yeni doğulmuş uşağını anasının əlindən aldı - AZƏRBAYCANDA
Ağsu rayonunda kişi yeni doğulmuş körpəni arvadından alaraq onu evdən qovub.

Miq.az "Report”
a istinadən xəbər verir ki, hadisə rayonun Cəlayir kəndində qeydə alınıb. Kənd sakini 28 yaşlı Eldar Əbilov ailə münaqişəsi zəminində həyat yoldaşı 22 yaşlı Zümrüdü döyərək yeni doğulmuş uşağı zorla onun əlindən alıb, özünü də evdən qovub.
Z.Əbilova polislə müraciət edərək körpəsinin ona qaytarılmasını tələb edib.
Ağsu rayon Polis Şöbəsinin əməkdaşları uşağı almaq üçün Eldar Əbilovun yaşadığı evə gedən zaman o, qardaşı Səfər Əbilovla birlikdə polislərə müqavimət göstərib.
Hər iki şəxs polisə aparılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az