“Atamın nəvəsinin durumundan məlumatı var. Demək olar hər gün evə zəng vurur. Ən çox da körpə nəvəsinin səhhəti ilə maraqlanır”. Vətəninfo.az Modern.az-a saytına istinadən xəbər verir ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu mərhum bacısı Nərgizin körpəsi haqda deyib.
O bildirib ki, körpə ən təhlükəli məqamı adladıb: “Doğrudur, hələ çox balacadır və tam normallaşmayıb. Körpənin tam yaxşı olması üçün bəlkə bir ay, bəlkə də daha çox vaxt lazımdır. Bu onun gündəlik inkişafından asılıdır.
Nə qədər acı olsa da, bir az sevindiricidir, heç olmasa bacımın yadigarı qalıb. Sözsüz ki, gedib balaca Kənanı görməyi planlaşdırmışam. İyunun 1-də bacımın 40 mərasimini yola verəndən sonra ona baş çəkməyə gedəcəyik. Ehtimal ki, uşaq atasının yanında qalacaq”.
Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib. Nərgiz Yaqublu ötən il ailə qurub, Rusiyada yaşayırdı. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi. Mərhumun aprelin 15-də 7 aylıq körpəsi dünyaya gəlib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?