Vətəninfo.az xəbər verir ki, sentyabrın 3-də Bakının Qaradağ rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Sahil qəsəbəsi Dostluq küçəsində 1960-cı il təvəllüdlü Nəbiyev Şaban Məmməd oğlunu güllələyərək qətlə yetirən şəxs müəyyən edilib. Bu, 1990-cı il təvəllüdlü Quliyev İlqar Ələsgər oğludur.
Bildirilir ki, dünən öldürülən 54 yaşlı Şaban Nəbiyev 2007-ci ildə İ.Quliyevin atası Ələsgər Quliyevi qətlə yetirib. Onların biznes ortaqlığı olub və münasibətlərin pozulması nəticəsində 2007-ci ilin yanvar ayında Sahil qəsəbəsindəki parkda Şaban Quliyev tanışını güllələyərək öldürüb. Həmin vaxt İntiqam Babayev adlı şəxs də güllə yarası alıb.
Törətdiyi cinayət əməlinə görə Ş.Nəbiyev həbs olunub və 7 il 6 aydan sonra həbsxanadan çıxıb. Atasının qatilinin azadlığa çıxdığını öyrənən 24 yaşlı İlqar Quliyev onu izləyib və dünən "Winchester" markalı tüfəngdən 3 dəfə atəş açaraq qətlə yetirib. Hazırda İ.Quliyevin saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...