“AtaSığorta” ASC-nin “Xəzər” filialı fəaliyyətə başladı

“AtaSığorta” ASC-nin “Xəzər” filialı fəaliyyətə başladı

 Vətəninfo.az  xəbər verir ki,  “AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artması və hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni “Xəzər” filialını istifadəyə verib.“AtaSığorta” ASC-nin “Xəzər” filialı Bakı şəhərinin Nizami rayonu, Nəsimi  küçəsi 15 ünvanında fəaliyyət göstərməyə başlayib. Rahat və geniş filial binası tam təmir edilib, müasir texnoloji avadanlıqlarla təmin olunub və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilib. Müasir tələblərə cavab verən “Xəzər” filialı şirkətin həm fiziki, həm də korporativ müştərilərinə etibarlı sığorta xidmətləri göstərəcəkdir.


Açılış mərasimində çıxış edən İdarə Heyətinin sədri Müseyib Əliyev mərasim iştirakçılarını salamlayib və qeyd edib ki, AtaSığorta hər zaman müştərilərinə daha da yaxın olmaqla onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir.


“Yeni filial “AtaSığorta” ASC-nin strategiyasına uyğun olaraq biznesin inkişafına dəstək göstərməklə şirkətin funksiyalarını həyata keçirəcəkdir. Filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir”.


"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir”

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az