"Atatürk" hava limanı da nəzarətə götürüldü - Uçuşlar dayandırıldı

AzNews.az-ın yerli mətbuata istinadən xəbər verir ki, bir qrup əsgər "Atatürk" hava limanına daxil olub. 

Son məlumata görə, hava limanında bütün uçuşlar dayandırılıb.

Əsgərlər hava limanında nəzarəti ələ keçirib.

Son məlumatlara görə, Atatürk aeroportuna tanklar yeridilib. Türkiyə Baş Qərargah İdarəsi istiqamətində təcili tibbi yardım maşınları hərəkət edir. Daha əvvəl yayılan xəbərə görə isə sözügedən əraziyə vertolyotdan zərbə endirilib.

Türkiyənin böyük magistral Boğaziçi və Fatih Sultan Mehmet körpüləri bağlanıb.

Hər iki körpünü əsgərlər müasirəyə alıb. Anadoludan Avropaya gedən avtomobillər geriyə göndərilir.

Türkiyənin iki iri magistral körpüsünə zirehli texnikalar cəlb olunub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az