ATƏT: Razılaşmaların icrasını dəstəkləməyə hazırıq

ATƏT: Razılaşmaların icrasını dəstəkləməyə hazırıq
ATƏT Azərbaycan-Ermənistan razılaşmasınndan məmnunluğunu ifadə edib.

Miq.az xəbər verir ki, təşkilat APA-ya avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmaları müsbət qarşıladığını və ABŞ-ın bu məsələdəki rolunu təqdirəlayiq hesab etdiyini bildirib.

ATƏT Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq və sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməyə çağırır, eləcə də hər iki ölkəyə stabillik və davamlı sülh gətirən bütün səyləri dəstəkləməyə davam edir.

Təşkilat avqusun 8-də əldə olunan razılaşmaların icrasına dəstək verməyə hazır olduğunu bəyan edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az