ATV telekanalında kütləvi ixtisarlara start verilib.
Vətəninfo.az xəbər verir ki, kanaldakı mənbədən Azxeber.com-a verilən məlumata görə, artıq kanal rəhbərliyinin göstərişi ilə yüzə yaxın işçi işdən çıxarılıb.
Maraqlı olan məqam isə işdən çıxarılanların böyük əksəriyyətinin xanım işçilər olmasıdır.
Kütləvi ixtisarlar daha çox kanalın xəbərlər və ictimai-siyasi verilişlərində çalışan jurnalistlərə şamil edilib. Və kanal rəhbərliyi bunu kanalın ən çox şou xarakterli verilişlərdən gəlir əldə etməsi ilə əlaqələndirib.
Mənbənin sözlərinə görə, işdən çıxarılan jurnalistlər kadrlar şöbəsinə çağrılaraq təkidlə ərizə yazmalı olduqları deyilib. İşdən çıxarılanların bir çoxu əmək məcəlləsinin kobud şəkildə pozulduğunu iddia edərək ərizə yazmaqdan imtina ediblər.
Bununla yanaşı kanalın İstanbul və Moskva nümayəndəliyi ləğv edilib və oradakı müxbirlər geri çağrılıb.
Xatırladaq ki, ötən gün AZTV-də kütləvi ixtisarlar başlamışdı.
Dövlət televiziyasında da jurnalistlərlə yanaşı kanalda vəzifə tutan bəzi şəxslər işlərindən uzaqlaşdırılmışdı.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?