Avropa.az radiosunun keçmiş baş redaktoru, hal-hazırda Hollandiyada yaşayan tanınmış telejurnalist Xatirə Abdullazadənin “Vətəninfo.az”a müsahibəsi:
- Xatirə xanım, İlk sualımıza ondan başlayaq ki, hazırda Avropada Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan diasporunun fəaliyyətini yaxşı qiymətləndirirəm.Keçən ayın 28-30 arası Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin IV qurultayında iştirak edirdim, demək olar ki, bütün avropa ölkələrindən gələn həmyerlilərimizlə, diaspor təşkilarlarının rəhbər və fəalları ilə görüşdüm. Həqiqətən də bir daha şahidi oldum ki,xaricdə yaşayan hər bir azərbaycanlı ölkəsində Azərbaycanı tanıtmaq üçün əlindən gələni edir. AAK-ın yeni sədri Samirə xanım Patzel qarşıda duran iki il ərzində Azərbaycanı yaxından tanınması və təbliği ilə bağlı işlər görəcək.
Məndə bundan sonra ölkəmizin tanınması və təbliğatında fəal iştirak edəcəm. Onu da deyim ki, keçən il Hollandiyada Rotterdam şəhərinin küçələrinin birinə Bakının adı verildi. Üstəlik, Bakı restoranı fəaliyyətə başlayıb və və Hollandiyada 2 azərbaycan məktəbi açılıb. Hələ 3-cü məktəbin açılması gözlənilir.
-Bəs, yaşadığınız Hollandiyada Azərbaycanı necə tanıyırlar?
- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanı yavaş-yavaş tanımağa başlayırlar. Bakı küçəsindən keçən, Bakı resrotanında yemək yeyən, hətta önündən keçən hollandiyalı artıq Bakını tanıyır və ölkəmizlə maraqlanmağa başlayır. Amma, xaricdə Azərbaycanın tanınması təkcə xaricdə yaşayan azərbaycanlılardan asılı deyil. Bunun üçün hər bir azərbaycanlının üzərinə çox böyük məsuliyyət düşür. Bakıya gələn hər bir xarici qonağı razı yola salaraq, o turistin gəldiyi ölkədə Azərbaycan haqqında fikir formalaşdırmalıyıq.
-Son günlərdə Hollandiya mediasında ölkəmizə qarşı bir sıra yazılar gedir. Ümumiyyətlə, bu amillər ölkəmizin imicinə hansısa bir formada təsir göstərirmi?
- Bəli, anti-azərbaycan yazılarını oxuyuruq və biz də çox təəssüflənirik. Təbii ki, təsir göstərir və göstərəcəkdə. Baxın, onun üçün deyirəm ki, Azərbaycanı burada bizim tanıtmağımız kimi yox,Azərbaycanı gördükləri kimi tanıyacaqlar ölkəmizə gələn qonaqlar. Bu gün Avroviziya qabağ gözəl imkan yaranıb ki, ölkəmizə gələn bütün xarici jurnalistlər ölkəmizlə bağlı fikirlərini bölüşürlər və avropada mediasında müsbət yöndə yazılar yaza bilərlər. Onların mənfi və müsbət düşünməsi bizim fəaliyyətimizdən asılıdır. Musabiqə Azərbaycanın tanınması üçün əla fürsətdir və bunu yüksək dəyərləndirmək lazımdır. Hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür. Hər bir fəaliyyətimizi elə tənzimləməliyik ki, bura gələn turisrtlər, xarici jurnalistlər ölkəmizdən xoş təəssürlarla ayrılsınlar.
Sualınıza cavab olaraq da bildirim ki, biz onların Hollandiya mediasında ölkəmizə əleyhinə çıxan yazılarına yazılı formada etirazımı bildiririk və bundan sonra edəcəyik. Yenə də, hər şey bizlərdən asılıdır. Ölkəmiz haqqında müsbət vəya mənfi imici formalaşdıran bizlərik.
-Qarşıda hansı layihələri gerçəkləşdirməyi planlaşdırırsınız?
- Qarşıda duran layihə ancaq Azərbaycanın tanınması ilə bağlıdır. Bəlkə də bir az şablon ifadə olacaq, öncədən danışmağı xoşlamıram və sentyab ayından yeni layihələrim üzərində işləyəcəm.
Söhbətləşdi: Elnur Eltürk