Avtobus "Kamaz"la toqquşdu: 2 ölü, 7 yaralı

Avtobus "Kamaz"la toqquşdu: 2 ölü, 7 yaralı

Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Vətəninfo.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Bakıdan Gürcüstana hərəkət edən sərnişin avtobusu arxadan eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük maşınına çırpılıb.

Zərbənin təsirindən sərnişin avtobusu alışıb. Nəticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb. İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər olduğu bildirilir.

Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunub.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlardan 3 nəfər vəziyyətinin ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, yol qəzası ilə bağlı xəstəxanaya 7 yaralı yerləşdirilib. Xəsarət alanlar bunlardır:

Şəmsiyeva Dilavər Məhəmməd qızı (1968-ci il təvəllüdlü, Gürcüstan, Marneuli rayonu, Sadaxlı kəndi);

Osmanov Vasif Əli oğlu (1985, Gürcüstan, Marneuli rayonu, Mollaoğlu kəndi)

Alıyeva Gülşən Dursun qızı (1963, Gürcüstan, Marneuli rayonu, Sadaxlı kəndi)

Süleymanova Həmayıl Cahangir qızı (1968, Gürcüstan, Marneuli rayonu, Kirovka kəndi)

Hacıyeva Nabat Qurban qızı (1955, Azərbaycan, Sumqayıt şəhəri)

Ayvazova Hürü Mustafa qızı (1953, Gürcüstan, Marneuli rayonu, Sadaxlı kəndi)

Mamedov Bəhruz İlham oğlu (1993, Gürcüstan, Marneuli rayonu, Kirovka kəndi).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az