Bakıda sərnişindaşıma sahəsində monitorinqlərə başlanılıb. Bunu Trend-ə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, monitorinqlərin aparılmasının əsas məqsədi payız-qış mövsümündə avtobusların sərnişindaşımada fasiləsiz işini təmin etməkdir.
Mindən çox avtobusda seçmə üsulla monitorinqlər keçirildiyini deyən Ş.Mehmanqızı qeyd edib ki, ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var: "Oktyabr ayında da belə monitorinq keçirilib. Həmin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində çatışmazlıqlar aşkar olunub. Amma bu çatışmazlıqların qısa zamanda aradan qaldırılması üçün xüsusi tapşırıqlar verilib. Hazırda bu istiqamətdə işlər aparılır”.
Monitorinqlərə xüsusi komissiyalar tərəfindən nəzarət edildiyini vurğulayan qurum rəsmisi bildirib ki, soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılır: "Təlimatlarda məqsəd mürəkkəb sürücülərə çətin şəraitində və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır. Sürücülər avtobusların idarə edilməsi zamanı təhlükəsizlik qaydalarına çox diqqətlə riayət etməlidirlər”.
Qeyd edək ki, bütün bu tədbirlər "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC tərəfindən həyata keçirilir.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE