“Atamın sağ tərəfi işləmir, hər şeyi xatırlamır…” - Xalq artistinin qızı

“Atamın sağ tərəfi işləmir, hər şeyi xatırlamır…” - Xalq artistinin qızı

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var.

Bu barədə Qafqazinfo-ya açıqlamasında aktyorun qızı Cəlalə xanım məlumat verib.

O, xalq artistinin beynində müəyyən qüsurların yarandığını bildirib:

"Atam iki ilə yaxındır ki, bu vəziyyətdədir. Sağ tərəfi ümumiyyətlə işləmir. Əli və ayağı işləmədiyindən bayıra da çıxa bilmir. Sərbəst gəzə bilmir, beynində qüsurlar yaranmağa başlayıb. Tam olaraq hər şeyi xatırlamır, fikrini toplayıb izah edə bilmir. Səhhəti Allaha şükür pis deyil. Hazırda evdə müalicə alır. Həkimlər deyir ki, yavaş-yavaş düzələcək”.

Cəlalə xanım Ramiz Əzizbəyli adından mətbuatda yalan məlumatları dərc edənlərə müraciət edib:

"Bu məni narahat edən bir mövcuddur. Yaxşı ki, soruşduz. Mətbuatda özlərindən bəzi məlumatlar yazırlar. Guya Ramiz müəllim hər şeydən gileylənir, ona heç bir köməklik olunmur. İndi prezident təqaüd ayırıb. Atamın heç bir şikayəti yoxdu.

Prezidentin ayırdığı təqaüdlə özü özünü müalicə edir. Bunun kimi artıq söhbətlərə ehtiyyac yoxdur. Bizdən heç bir məlumat almadan təkrar-təkrar xəbərlər dərc edilər. Xahiş edirik ki, belə yalan məlumatları dərc etməsinlər”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az