Azərbaycanın avtomobil bazarında son dövrlər durğunluq müşahidə olunur. Bu ilin fevral ayında Azərbaycan manatı devalvasiyaya uğradıqdan sonra ikinci əl avtomobillərin də qiymətləri xeyli aşağı düşüb. Mənzil bazarında olduğu kimi, maşın bazarında da hər kəs gözləmə mövqeyini seçib. Əvvəlki kimi alqı-satqı yoxdur. Satanlar alıcı qıtlığı ilə üzləşdikləri üçün qiymətləri aşağı salmaq məcburiyyətində qalıblar.
Bu durğunluq avtomobil təmiri sektoruna da təsirsiz ötüşməyib. Apardığımız müşahidələr göstərir ki, artıq avtomobil təmiri ilə məşğul olan servislər və fərdi ustalar da müştəri qıtlığından əziyyət çəkirlər.
Məntiqlə belə bir durğunluq ehtiyat hissələri bazarına da sirayət etməli idi. Ancaq nədənsə ehtiyat hissələrinin qiymətləri nəinki aşağı düşməyib, hətta bəzi hallarda yüksəlib.
İqtisadçı ekspert Vüqar Bayramov belə bir vəziyyəti normal hesab edir. Vətəninfo.az Milli.az-a istinadla xəbər verir ki, o, bildirib ki, ikinci əl ehtiyat hissələri bazarında qiymət azalması müşahidə olunur. Ancaq təzə ehtiyat hissələrinin qiymətinin aşağı düşməməsi dünya bazarı ilə əlaqədardır.
"Azərbaycan vətəndaşlarının yığıma üstünlük verməsi və avtomobil kreditlərinin şərtlərinin ağırlaşması avtomobil bazarında tələbin kəskin azalmasına səbəb olub. Amma dünya bazarında nə təzə avtomobillərin, nə də ki, təzə ehtiyat hissələrinin qiymətləri aşağı düşməyib. Hətta ölkəmizdə də təzə avtomobillərin qiymətlərinin manat ifadəsində artım var", - deyə o əlavə edib.
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT