Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən istefa verənlər, zorla uzaqlaşdırılanlar və keçmiş hərəkatçılar Razi Nurullayevin ətrafında birləşərək Sumqayıt şəhərində bir araya gələrək izdihamlı konfrans keçirmişlər. Konfransda AXCP rəhbərliyindən Səbuhi Əliyev, Ehtiram Mehdiyev iştirak edib. Sumqayıt şəhər AXCP üzvlərinin iştirakı ilə bir neçə saat davam edən konfransda partiyada yaranan qruplaşmalar, dözümsüzlük və Əli Kərimlinin öz şəxsiyyəti ətrafında yaratdığı bütləşmə tənqid edilmişdir. Həmçinin qeyd edilmişdir ki, ölkədə yaranan ağır siyasi durumun günahkarı YAP hakimiyyəti ilə yanaşı, həm də nəticəsiz və uğursuz siyasi xətt yürüdən başabəla siyasətçilərdir.

Konfransda içtimai-siyasi, sosial vəziyyətlə bağlı dinləmələr olmuşdur. Konfrans sonda Şakir Məmmədovun Sumqayıt şəhər təşkilatına sədr seçib. Konfransda Ali Məclis üzvü, nəzarət təftiş komissiyasının üzvləri və qurultaya dörd nümayəndə seçilmişdir. Altımış nəfər konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır. Müzakirəyə çıxarılan AXCP-nin gələcək planları və üzvlərin işsizlik, mənzil problemi, əhalinin sosial durumu ilə bağlı suallar çoxluq təşkil etmişdir. Qarşıdan gələn parlament seçkiləri də müzakirə mövzusu olmuşdur.
Konfrans qarşılıqlı anlaşma şəraitində öz işini başa vurmuşdur.
Sədr Şakir Məmmədovun çıxışı
Hörmətli konfrans iştirakçıları! Azərbaycan "müxalifətinin” 22 illik mübarizəsi heç bir nəticə vermədi. Üzdə olan AXCP, Müsavat, KXCP partiyalarının liderləri iddialı olduğundan bir araya gəlib korrupsianer hakimiyyəti dəyişə bilmədi.
AXCP sədri Əli Kərimlinin keçmiş müavini Razi Nurullayevin cəbhədən küsmüşləri, qovulmuşları, istefa verənləri öz ətrafına toplayaraq əsl AXCP-nin güc mərkəzini yaradır. Hər birimiz AXCP ətrafında birləşərək siyasi güc mərkəzinə çevrilməliyik. Hazırki müxalifət liderləri qarşıdan gələn deputat seçkilərinə hazırlaşır. Əslində partiya lideri deputatlıq uğrunda yox, prezidentlik uğrunda mübarizə aparmalıdır.
Biz siyasi güc mərkəzi olaraq hakimiyyəti məcbur etməliyik ki, seçki islahatlarına getsin. Gəlin, səs oğurluğuna stop deyək. Məntəqədə müxalifətin komissiya müşahidəçiləri, məşvərətçi səs hüquqlu müşahidəçilərin sayı YAP-ın təmsilçiliyi qədər olmalıdır.
Ümumiyyətlə
DSK-larda YAP və ona yedək müxalifət partiyalardan başqa əsil müxalifət
təmsil olunmur. Və bizlər seçki prossesinə nəzarət edə bilmirik. Biz bu
problemi də Razi Nurullayevin ətrafında birləşməklə həll edəcəyik.
Tezliklə AXCP üzvülərinin Parlament seçkilərinə namizədliyini irəli
sürəcəyik.
Parlamentdə təmsilçiliyimiz bu kriminal hakimiyyətin
sonuna gətirib çıxaracaq. Parlamentdə Türkiyə hökümət modelinin
yaradılmasına nail olacağıq.
Bütün baş verənlərə müşahidəçilik edirik. Yaşadığımız Sumqayıt şəhəri bir qrup oliqarxın əsirinə çevrilib. Şəhərdə parklar və yaşıllıqlar qırılaraq yerləri işbazlara satılır. Şəhər rəhbərliyi heç kimi saymadan istədiyi özbaşınalığı davam etdirir. E.Əzizovun Gəncədən gətirdiyi "dəstə” Sumqayıtı alver predmetinə çevirib. Biz bir yerdə olmaqla bu özbaşınalığın qarşısını alacağıq. Sumqayıtda siyasi-marifçilik institutu yaradılmalıdır. Hər kəsə hüquqlarını anlatmalıyıq. Haqq və hüquqlarını bilən xalq əzilmir.
Hörmətli bəylər, gəlin Razi bəyin ətrafında birləşərək müstəqilliyimizin banisi Böyük Elçibəyin yaratdığı AXCP-yə sahib çıxaq.