“Axmaq olma” - Rusiyadan Amerikaya mesaj

“Axmaq olma” - Rusiyadan Amerikaya mesaj

"ABŞ axmaq olmamalıdır, bundan çəkinməlidir”.
 
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
 
Ryabkov ABŞ-ın THAAD ballistik raket sistemlərinin Ukraynaya çatdırılmasının gərginliyin siyasi həlli şanslarını azaldacağını bildirib və ABŞ-ı "axmaqlıqdan” çəkinməyə çağırıb.
 
O, Kremlin hərbi təlimlər və gərginliyin azaldılması təkliflərini ciddi qəbul etdiyini, amma Rusiyanın Vaşinqtonun NATO-nun genişlənməməsi ilə bağlı danışıqlara hazır olub-olmadığını anlaya bilmədiyini vurğulayıb.
 
Ryabkov deyib ki, təhlükəsizlik təminatı ilə bağlı danışıqlar həm də ABŞ tərəfinin bu məsələni müzakirə etməyə hazır olmasından asılıdır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az