Axtarışda olan milyarder yenidən Qarabağa gələcək
Rusiyalı biznesmen Qerman Sterliqov Qarabağla əlaqələrini kəsmək niyyətində deyil və vaxtaşırı ora qayıtmağı planlaşdırır.
Vətəninfo.az-ın məlumatına görə, Azvision.az
"İnterfax”-a istinadən xəbər verir ki, bu barədə Qarabağa qanunsuz
yolla səfər etdiyi üçün Azərbaycan tərəfindən İnterpola axtarışa verilən
biznesmen bildirib.
"Bizim vətənə qayıtmağımız o anlama gəlmir
ki, biz Dağlıq Qarabağa yenidən getməyəcəyik. Demək olar ki, ora bizim
doğma evimizdir”,- deyə Sterliqov vurğulayıb.
Biznesmenin
sözlərinə görə, o, Dağlıq Qarabağ balaca təsərrüfatın sahibidir və o,
olmadığı vaxtlarda yerli sakinlərdən olan tanışları ora nəzarət edəcək:
"Mənim orada balaca təsərrüfatım, öz dəyirmanım var. Biz orada un
üyüdürük. Bundan əlavə mənim orada şərikim də var. Yəni heç nə ləğv
edilmir. Mənim böyük oğlanlarım var. Onlar təsərrüfata nəzarət edəcək,
mən isə vaxtaşırı ora baş çəkəcəm ”.
Xatırladaq ki, Baş
Prokurorluğun məlumatına görə, ittiham üçün əsas verən kifayət qədər
sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə Qerman Sterliqov
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və
318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq
keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla
barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs
qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdi.
İnterpol isə rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırmışdı.