Çay daşıb yolu bağladı, kəndlə əlaqə kəsildi

Çay daşıb yolu bağladı, kəndlə əlaqə kəsildi

İşıq dirəkləri aşdı, torpaq sürüşməsi baş verdi.

Ötən gün axşam saatlarında Şamaxıya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib. 

Kanal S (Region TV) xəbər verir ki, rayonun Dəmirçi kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi artıb, nəticədə su öz məcrasından çıxıb kəndi rayon mərkəzi ilə biləşdirən yolu bağlayıb. 

Sel kənddə bir neçə işıq dirəyini aşırıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsində problem yaranıb. Yollarda torpaq sürüşmələri baş verib. 

Hazırda selin vurdugu zərərin araşdırılması istiqamətində işlər görülür. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az