Ayanın qızının ad gününə kimlər gəldi? - FOTOSESSİYA
Müğənni Ayan Babakişiyeva ötən gün qızı Selena üçün təmtəraqlı ad günü keçirib.
Şəhər restoranlarından birində baş tutan gecəyə sənət aləminin tanınmış simaları qatılıb. İfaçı 2 yaşı tamam olan qızı üçün bir-birindən maraqlı sürprizlər hazırlayıb. Məclisə müğənni Gülay Zeynallı, Xatirə İslam, Emil Bədəlov, aparıcılar Lamiyə Ələkbərova, Samirə Mustafayeva, Vüsalə Əlizadə övladları ilə birlikdə qatılıb.
Tədbirin aparıcılığını Cavid Gül edib.
Miq.az