Ayaz Mütəllibovun mərhum Turqut Özalla nadir tarixi görüntüləri yayıldı…-FOTOLAR

Ayaz Mütəllibovun mərhum Turqut Özalla nadir tarixi görüntüləri yayıldı…-FOTOLAR

Azərbaycan Respublikasının  birinci  Prezidenti Ayaz Mütəllibovun Türkiyə Cümhuriyyətinin eks-prezidenti, rəhmətlik Tutqut Özalla görüşlərinə dair nadir fotoları yayılıb. 
 
Moderator.az xəbər verir ki, həmin unukal görüntüləri Azərbaycanın sabiq dövlət başçısının mətbuat katibi Qulu Həsənzadə sosial şəbəkədə  paylaşıb.
Saytımıza açıqlamasında Q.Həsənzadə bildirib ki,  bəhs edilən fotolar qardaş Türkiyə Prezidentinin 1991-ci ilin martında Azərbaycan Prezidenti Ayaz Mütəllibovun dəvəti ilə Bakıya ilk səfəri zamanı çəkilib. İkinci fotoda prezidentlərlə yanaşı, onların xanımları Ədilə Mütəllibova və Səmra Özal da görüntülənib.
 
Arxa planda görünənlərdən biri də o zaman Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət protokolu şöbəsinin müdiri vəzifəsində çalışan, sabiq  Xarici İşlər naziri Elmar  Məmmədyarovdu.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az