Aydan Rəhimli-Cəbhə bölgəsinin əlaçı şagirdi-Təbrik+FOTOLAR
Aydan Rəhimli-Tərtər rayonu, Rafiq Nuriyev adına 6 saylı orta məktəbin 5-ci sinif şagirdi.
Aydan balamız bu il orta məktəbi əla qiymətlərlə başa vuraraq yay tətilinə çıxıb. Bir müddət əvvəl təsadüfən Miq.az-ın əməkdaşı ilə söbhətində əlaçı çıxmağını söz vermişdi. Miq.az saytı olaraq biz də Aydana söz vermişdik ki, hər gün top-güllə səsinə oyanan cəbhə bölgəsinin şagirdi olaraq əlaçı çıxan kimi saytımızda sənə təbrik yazısı ünvanlayacağıq.
Beləliklə, Aydan sözünə əməl edib əlaçı şagird kimi yay tətilinə çıxdı.
Miq.az saytı da verdiyi sözü tutub, Aydan balamızı təbrik edir və ona gələcək işlərində və təhsilində uğurlar arzulayır. Həm də…onun əlaçı şagird kimi tanınmasında xidməti olmuş sinif rəhbəri Alidə xanımın və adıçəkilən məktəbin direktoru Azad Abbasovun da əməyini müsbət qiymətləndiririk. Və beləliklə… Aydanı əlaçı çagird kimi təbrik edirlər:
Babası Tahir, nənəsi Sevda xanım, anası Aygün xanım, dayısı Pərviz, xalası Gülnar xanım, bibisi Nuranə xanım.
Balaca Nurgüllə Eşqin də təbrik edənlər sırasındadırlar…
Miq.az kollektivi ilə yanaşı FAZİL Səfərli də bu təbrikə xüsusilə qoşulur və gələcəkdə Aydanı Azərbaycan Tibb Universitetinin tələbəsi kimi görmək ümüdiylə hamılıqla: Bir daha təbrik edirik!!!
Miq.az Aydan balamızın fotolarını təqdim edir:
Miq.az