“Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, demokratik, hüquqi dövlət kimi özünü təsdiq edir. Lakin görünür dövlətimizin bu qədər inkişaf etməsi və yüksək nailiyyətlər qazanması anti-Azərbaycançı dairələrin maraqlarına uyğun gəlmir. Bu səbəbdən də, müxtəlif vasitələrlə Azərbaycana təzyiqlər etməyə çalışırlar”. Bunu YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, “Freedom House”un siyasi sifariş yerinə yetirməsi açıq şəkildə görünür: “Necə olur ki, hər gün Qərbi və Mərkəzi Avropa ölkələrində sadəcə öz hüquqlarını müdafiə etməyə çalışanları atların ayaqları altına salırlar, itlərə yedirirlər, dəyənəklərlə ölümcül döyürlər, amma “Freedom House” bunu qeydə almır? Və ya Britaniyada hər kəsin gözü qarşısında hicablı bir qadının vəhşicəsinə döyülməsinə göz yummaq nə dərəcədə demokratikdir? Bu cür sualların sayını dəfələrlə artırmaq olar. Çünki, nə Qərb dünyası, nə də “Freedom House”a direktivlər verənlərin ölkələri ideal səviyyədə inkişaf etməyib və onların çox kobud səhvləri var. Düşünürəm ki, “Freedom House” daha çox anti-Azərbaycan mövqeyindən çıxış edərək, bu hesabatı hazırlayıb. Təkcə, Ermənistan və Gürcüstanla Azərbaycanı yan-yana qoymaq, hətta, onlara üstünlük verilməsi qeyri-obyektivliyin, qərəzliliyin bariz nümunəsidir”.
Firudin
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ