AZAL-istifadə müddəti bitən təyyarəni Müdafiə Nazirliyinə30 milyona satıb-İDDİA

AZAL-istifadə müddəti bitən təyyarəni Müdafiə Nazirliyinə30 milyona satıb-İDDİA
Vətəninfo.az xəbər verir ki, artıq bir müddətdir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) rəhbəri Cahangir Əsgərovun başının üstünü qara buludlar alıb. Belə ki, AZAL-ın həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olması və ölkə başçısının birbaşa bu məsələyə müdaxilə etməsi onu deməyə əsas verir ki, Cahangir Əsgərovun kreslosu laxlamaq üzrədir. Çünki "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi ölkə başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıqlarından sonra da fəaliyyətinlə ciddi dönüş etməyib. Redaksiymıza bununla bağlı  adını açıqlamaqdan çəkinən AZAl əməkdaşının iddiasına görə, Cahangir Əsgərov bir neçə istiqamət üzrə qiymətlərin aşağı salınacağını bəyan etsə də, hələlik bununla əlaqədar ortada konkret nəticə yoxdur: "Çünki AZAL ölkənin hava məkanını inhisara almaqla yanaşı, ucuz qiymətlə sərnişin daşımaları ilə məşğul olan aviaşirkətləri ölkəyə buraxmamaqda maraqlıdır. Ona görə ki, "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyinin bu cür yarıtmaz qiymət siyasəti yalnız qurumun yetkili şəxslərinin maraqlarını təmin edir, vətəndaşların isə əlavə xərcə düşməsinə səbəb olur. Bundan başqa, AZAL rəhbərliyinin həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin yüksək olması QSC-nin potensialından lazımi şəkildə istifadəyə imkan vermir, öz gəlirlərini də aşağı salır. Belə ki, nəinki region ölkələrinin əhalisi, hətta Azərbaycan vətəndaşları belə, artıq AZAL-ın xidmətindən imtina edir. Bu isə öz növbəsində, QSC-nin əlavə gəlir əldə etməsinə, büdcə öhdəliklərini artırmağa imkan vermir". Cahangir Əsgərovun rəhbərlik etdiyi qurumun uzun illərdir ki, büdcəyə yetərincə vəsait ödəmədiyini, yəni ziyanla işlədiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, QSC iri vergi ödəyicisi olsa da, büdcə qarşısında öhdəlikləri yerinə yetirmir: "Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb. Deyilənlərə görə, bu Cahangir Əsgərovun bütün gəlirli sahələri öz holdinqi olan "Silk Way"ə dövr etməsi ilə bağlıdır. Onu da nəzərinizə çatdırım ki, son illər AZAL-ın bütün xərcləri dövlət büdcəsindən ödənilib. Belə ki, son 10 ildə təkcə büdcənin investisiya xərcləri bölməsindən QSC-yə 860 milyon manat - 2005-ci ildə 5 milyon, 2007-ci ildə 25 milyon, 2008-ci ildə 28 milyon 200 min, 2009-cu ildə 54 milyon 721 min, 2010-cu ildə 115 milyon 200 min, 2011-ci ildə 261 milyon 521 min, 2012-ci ildə 232 milyon 650 min, 2013-cü ildə 177 milyon 864 min və 2014-cü ildə 20 milyon ayrılıb. Görünür, QSC-nin sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasının əsas səbəbi, məhz gəlirlərin lazımsız istiqamətlərdə xərcləmələrlə bağlıdır".
İddiaya görə, Cahangir Əsgərovun "Azərbaycan Hava Yolları" QSC-nin balansında olan ümumi  satış dəyəri 20 milyon olan, istifadə müddətinin bitməsinə 1 il qalmış sərnişin təyyarəsin Azərbaycan Respublikası müdafiə Nazirliyinə satıb.
İddaya görə, artıq istifadə müddətinin bir il qalmasına baxmayaraq qeyd olunan sərnişin təyyarəsi MN-nə əgərləri bir yerdən digər bir əraziyə daşıması üçün 30 milyon manata satılıb. Yəni istifadə müddətinin bitməsinə bir il qalan təyyarənin qiyməti təqribən 4-5 milyon olduğu halda  təzə və bazar qiyməti 20 milyon olan təyyarə neçə olur ki, MN-nə 30 milyon manata satıla bilir. Adını açıqlamaqdan çəkinən AZAl əməkdaşı olduğunu qeyd edən mənbənin redaksiyamıza sızdırdığı məlumata görə, bu alış-veriş sabiq Müdafiə Naziri Səfər Əbiyevin dövründə baş verib ki, bu gün məhz Cahangir Əsgərovun ölkə rəhbərliyi qarşısında  gözdən düşməsinə səbəb olan amillərdən biri kimi diqqət çəkməkdədir. İddiaya görə, Cahangir Əsgərov özü də ona qarşı olan ehtimadı itirdiyinin fərqindədir və özü də könüllü olaraq tutduğu postan getməkdə maraqlıdır.
Əldə etdiyi informasiyaları redaksiyamızla paylaşan adını açıqlamaqdan imtina edən AZAl əmkdaşı olduğunu bildirən mənbənin məlumatınmda o da qeyd olunur ki, artıq Milli Məclisin üzvlərinin əksəriyyəti də Cahangir Əsgərovun fəaliyyətindən narazılıqlarını açıq şəkildə bildirir və haqlı olaraq AZAL rəhbərliyini ciddi tənqid atəşinə tuturlar. Çünki "Azərbaycan Hava Yolları" QSC son zamanlar vergi ödəmələrində də müəyyən əyrintilərə imza atır. Bununla bağlı kifayət qədər bilgi sahibi olan məlumatlı şəxs iddia edir ki, qurumun vergi ödəmələrində "borclanması" yuxarılarda Cahangir Əsgərovla bağlı ciddi şübhələr yaradıb: "Deyilənlərə görə, QSC rəhbərinin mövqeyinin nəzərəçarpacaq dərəcədə zəifləməsi onun əzəli rəqiblərinin maraqlarına xidmət etdiyindən onları hərəkətə keçirib. Məlumat üçün bildirim ki, 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirən Cahangir Əsgərov 1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserninin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib. 1996-cı ildən isə "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorudur. Yəni o, düz 19 ildir ki, AZAL-a rəhbərlik edir. Bu, kifayət qədər uzun müddətdir və Cahangir Əsgərov bu illər ərzində gəlirlərini xeyli artırmağa nail olub. Lakin artıq onun görəvdən alınması məsələsi gündəmi zəbt etməkdədir. Görünür, tezliklə AZAL-a yeni baş direktor gətiriləcək…".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Vətəninfo.az

 







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az